Milli komandamızım yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Yığmamızı oktyabrın 16-da səfərdə Rusiyaya qarşı keçiriləcək oyuna hazır hesab edirsən?
- Bu qarşılaşmanın məsuliyyətini yaxşı dərk edirik. Məşqlərdə futbolçular canla-başla çalışırlar. Belə davam etsək, qarşıdakı oyuna yüksək əhval-ruhiyyədə çıxacağıq.
- Rusların yığmamıza yuxardan aşağı baxmasına münasibətin necədir?
- Qoy, onlar bu cür fikirləşməkdə davam etsinlər. Bəzən belə şeylərin axırı yaxşı qurtarmır. Türkiyə millsi də bir zamanlar bizi ciddiyə almamışdı. Nəticədə bizimlə qarşılaşmada məğlub olaraq dünya çempionatı kimi mötəbər yarışdan kənarda qaldılar. Əsas məsələ bizim onlardan xal almağımızdır. Rusların arxayınçılığı bizim xeyrimizə işləyə bilər.
- Necə düşünürsən, rusların hansı mövqeyindən ehtiyat etmək lazımdır?
- Düzdü, onlar onsuz da evdə daha güclü təsir bağışlayırlar. Rusların orta və hücum xətti daha təhlükəli olur.
- Rusiyayla matçda meydana çıxacağına inanırsan?
- Bu barədə baş məşqçiylə söhbətimiz olmayıb. Ancaq məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram ki, növbəti oyunda heyətdə yer alım. Əgər baş məşqçi mənə şans versə, əlimdən gələni edəcəyəm. Mən millidə kifayət qədər oyun keçirmişəm. Qol vurmuşam, qol ötürmələri ötürmüşəm. Bu təcrübəmə güvənərək, etimadı doğruldacağıma inanıram.
- Bəs, fikrincə, Rusiya səfərindən xalla qayıda bilərik?
- Ruslar kağız üzərində favoritdir. Lakin elə bir komanda yoxdur ki, ondan xal alınmasın. Əgər Bakıda onların qapısına qol vurub bərabərə qalmışıqsa, eyni şeyi “Lujniki”də də edə bilərik. Şəxsən mən komandamıza inanıram.
Əli HƏYATİ
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar