“Qəbələ” klubunun müdafiəçisi Şəhriyar Xəlilovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın VIII turunda “Bakı” ilə oyunda sən də meydanda idin. Komandan hesabda irəli olsa da, nəticəni qoruyub saxlaya bilmədi. Bunu nə ilə əlaqələndirərdin?
- Oyunun ilk dəqiqələri bizim üçün çox yaxşı başlamışdı. Hətta 14-cü dəqiqədə rəqibimizi məğlub duruma salmışdıq. Sonradan oyunumuzda qırılma baş verdi. Bunun da səbəbi aydındır.
- Yəqin ki, komanda yoldaşın Rövşən Əmiraslanovun matçın 43-cü dəqiqəsində qırmızı vərəqə almasını və azlıqda mübarizə aparmağınızı nəzərdə tutursan?
- Bəli. Bundan sonra rəqib say üstünlüyünə yiyələndi. Nəticədə ikinci hissənin əvvələrində qapımıza qol vurdular. Fikrimcə, Rövşən qırmızı vərəqəyə layiq kobudluq etməmişdi. Oyunun gedişatında məcburi taktiki dəyişikliklər edildi. Nəticəyə gəlincə, azlıqda mübarizə aparmağımıza rəğmən bir xal pis nəticə deyil.
- Sabiq baş məşqçin Fatih Kavlakın zamanında meydanda demək olar ki, az görünürdün. Lakin Ramiz Məmmədovun bu posta gəlişindən sonra güclü komandalarla qarşılaşmalarda da baş məşqçi səni oyuna buraxır...
- Bəli, doğru söylədiniz. Ramiz Məmmədov komandaya gəldiyi gündən yerli gənc futbolçuların hər birinə şans verməyə çalışır. Mən də bundan istifadə edərək özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Birdə ki, əsas heyətin daimi oyunçusu olmaq üçün öz üzərində dəyanmadan çalışmalısan. Əlimdən gələni edəcəyəm ki, Ramiz müəllimin mənə göstərdiyi etimadı doğruldum.
- Mövsüm başlayan kimi “Qəbələ” ard-arda uğursuzluqlarla qarşılaşdı. Komandada nələr baş verirdi? Hazırda bu çatışmazlıq aradan qaldırılıbmı?
- Həmin dövrdə “Qəbələ” özünə bənzəmirdi. 1-2 məğlubiyyətdən sonra futbolçularda ruh düşkünlüyü yaranmışdı. Lakin Ramiz Məmmədovun gəlişindən sonra vəziyyət düzəlib. Dalbadal iki güclü komandayla oyunda məğlub olmamışıq. Komanda yoldaşlarımda bir canlanma, yaxşı mənada aqressivlik var. Məşqlərdə daha səylə çalışırlar. Ramiz müəllim komandaya yeni ruh gətirdi.
- Qarşıdakı oyununuz səfərdə “Xəzər Lənkəran”a qarşı olacaq.
- Növbəti rəqibimiz də xeyli vaxt idi, uğursuz çıxış edirdi. Lakin bizim kimi onlarda artıq özlərini toparlayıblar. Doğrudur, güclü azarkeş dəstəyi olan “Xəzər Lənkəran”a səfərdə qalib gəlmək çətindir. Ancaq biz də elə-belə komanda deyilik.
- Bəs şanslarınızı necə görürsən?
- Hələ ki, bir müddət fasilə yaranıb. Buna kimi komandamız özünü daha da toparlayar. İnanıram ki, “Qəbələ” səfərdən yaxşı nəticəylə dönəcək.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər