Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.Az-a müsahibəsində son vaxtlar hakimlərin göstərdiyi yalnış vərəqələr, bunların İntizam Komitəsi tərəfindən ləğv edilməsi, eləcə də, klubların millinin toplanışı ilə əlaqədar çempionatda yaranmış növbəti fasiləyə olan narazılığına münasibət bildirib
- AFFA İntizam Komitəsi bu dəfə də “Qarabağ”ın futbolçusu Rauf Əliyevə göstərilən sarı vərəqəni ləğv etdi. Buna münasibətiniz?
- İntizam Komitəsi düzgün qərar qəbul edib. Bilirsiniz, gərək heç bir klub və ya futbolçu hakimin səhvinə görə, zərər çəkməsin. Futbolçuya yanlış vərəqə göstərəndə klub da itirir.
- Bu, artıq ikinci belə haldır ki, baş verir. Ötən həftə də Ruslan Abışova göstərilən vərəqə ləğv edilmişdi. Hakimlərə daha yaxın olan, onlara daim dəstək olan bir şəxs kimi, sizə elə gəlmir ki, artıq onlarla ciddi söhbət etmək lazımdır?
- Artıq söhbət olunub, şəxsən özüm danışmışam və başa salmışam ki, klublar hakim səhvlərinə görə əziyyət çəkməməlidir. Ümid edirəm ki, bu səhvlərdən nəticə çıxaracaqlar.
- Bəlkə, həqiqətən də hakim düzgün qərar verib?
- Xeyr, məncə hakim qərarları yalnış olub və İK haqlı olaraq, vərəqələri ləğv edib.
- Çempionatda yenidən uzunmüddətli fasilə yarandı ki, bu da klubların narazılığına səbəb olub. Konkret, “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov bununla bağlı açıqlama verərək, “fasiləyə ehtiyac yox idi” ifadəsini işlədib. Buna münasibətiniz?
- Fasilə milliyə görə yaranıb. Bir ay bundan qabaq Berti Foqts açıqlama verərək PFL-i ittiham edib ki, biz təqvimi tərtib edə bilmirik, Avropadan xəbərsizik, təqvimdəki dəyişikliklər millinin əleyhinədir, filan. Amma buna baxmayaraq, biz yenə də millinin naminə bu addımı atırıq, fasilə veririk ki, Foqts millinin futbolçularını oyunlara daha yaxşı hazırlasın.
- Foqts sizi Avropada çempionat keçirmək sistemindən xəbərsiz olduğunuzu deyir. Siz də Avropada olduğu kimi, bu həftəyə tur təyin edə bilərdiniz, niyə etmədiniz? Bu adam sizi Avropa sistemini bilməməkdə ittiham edir, siz də Avropa sistemini tətbiq edin, niyə Foqtsa güzəşt edirsiniz?
- Düzdür, mən də Avropada olduğu kimi, bu həftənin oyunlarını təxirə salmazdım və Foqtsa deyərdim ki, zəhmət çək, get Avropada olduğu kimi, oyuna 3-4 gün qalmış millinin futbolçularını toplanışa cəlb et. Sadəcə, milliyə görə bu güzəştə gedirik. Yani biz, bu gün millinin marağını düşünürük. Çünki çempionat da milli komandaya görə keçirilir. Özü də maraqlı burasındadır ki, təqvim tərtib olunarkən, Foqtsun özü ilə məsləhətləşdirilir. Özü məsləhət verir, amma sonra çıxır narazılıq edir.
- Bu qədər güzəşt edirsiniz, amma hələ ki, xeyri yoxdur, milli hələ də bizləri sevindirə bilmir. Rusiya ilə oyunda nəyəsə ümid edirsiniz?
- İnşallah, bu dəfə hər şey yaxşı olar və milli Rusiyadan uğurlu nəticə ilə dönər.
Anar XANLAROV
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər