Milli komandamızın hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
“İNDİ RUSİYA MİLLİSİ DAHA GÜCLÜDÜR”
- Rusiya ilə dünya çempionatının seçmə mərhələsində keçiricəyimiz oyun üçün hazırlıq necə gedir?
- Çox ciddi. Güclü rəqibə qarşı oynayacağıq. Biz bir seçmə mərhələdə Rusiya ilə qarşılaşmışıq. O zaman Bakıdakı matçda heç-heçə etdik. Amma rəqibi məğlubiyyətə də uğrada bilərdik. İndi isə Rusiya millisi daha güclüdür. Onlar seçmə mərhələnin əvvələrində xal itirmək istəməyəcəklər. Ona görə də milimizlə qarşılaşmada var gücləriylə mübarizə aparacaqlar. Bu üzdən komanda yoldaşlarım cox ciddi və ürəkdən məşq edirlər.
- Rusiya ilə görüşdən nə gözləyirsən?
- Hazırda rəqib düşərgədə bəzi futbolçuların başı qalmaqala qarışıb. Ancaq inanmıram ki, bu amil oyunlarına öz təsirini göstərsin. Çünki baş məşqçi Fabio Kapello belə bir şeylərə imkan vermız. O ki, qaldı matç barəsində biz yalnız öz oyunumuzu fikirləşməliyik. Əgər bütün futbolçularımız qarşılaşmaya çox ciddi yanaşsalar, ruslarla oynamaq olar. Çünki istənilən güclü komanda kimi Rusiyanın da zəif yerləri var. İnanıram ki, biz də bundan istifadə edib vətənə yaxşı nəticəylə dönə biləcəyik.
“RUSLARIN BİZƏ YUXARIDAN AŞAĞI BAXMASI ONLARI YANDIRA BİLƏR”
- Rusiya Premyer Liqasında çıxış etmiş bir futbolçu kimi, növbəti rəqibin zəif tərəflərinin nədən ibarət olduğunu söyləyə bilərsən?
- Bunu bizim baş məşqçi daha yaxşı bilər. Lakin bir futbolçu kimi mən onların zəif tərəfini arxayınçılıqda görürəm. Çünki ruslar bizə yuxardan aşağı baxacaqlar. Bu da onları yandıra bilər. Həmçinin Rusiyanın bizdən öncə Portuqaliyayla səfər matçı var. Bu mənada, rəqibimizi yaxşı təhlik etmək imkanımız olacaq.
- Sən Rusiya komandasının qapısına Bakıda vurduğun qolla da yadda qalmısan.
- Budəfəki görüşdə də bunun üçün çox çalışacağam. Lakin mən qol vurmasam da, komanda yoldaşımın fərqlənməsi üçün əlimdən gələni edəcəyəm. Təbii ki, əgər oynasam. Kimin qol vurmasının fərqi yoxdur. Ən əsası komandanın uğurudur.
“RUSİYA İLƏ OYUN RAHAT OLACAQ”
- Səncə, ruslarla müdafiə deyil, açıq futbol oynamaq olarmı?
- Bunu baş məşqçimiz təyin edəcək. Portuqaliyayla oyunda az hücum etmişdik. Lakin mənə belə gəlir ki, Moskvada komandamız rəqib qapısına daha çox hücum edəcək.
- Bəs, yaxşı nəticəylə vətənə dönmək şanslarımızı necə qiymətləndirirsən?
- Rusiya futbolu hələ keşmiş SSSR-i dövründən bizə yaxşı tanışdır. Portuqaliyadan fərqli olaraq, Ruslarla oynamaq hardasa daha rahat olacaq. Biz səfərə xal qazanmağa gedəcəyik.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı