Azərbaycan milli komandanın qapıçısı Kamran Ağayev oktyabrın 16-da Rusiyaya qarşı keçiricəkləri DÇ-2014-ün seçmə mərhələsinin oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb.
- Qarşıda sizi Rusiya millisiylə səfər matçı gözləyir. Bu qaşılaşma haqda nə düşünürsən?
- Rusiya çox güclüdür. Xüsusilə də doğma meydanda. Lakin bu o demək deyil ki, səfərə məğlub olmağa gedəcəyik. Biz ruslarla oyuna nəticə qazanmaq üçün yollanacağıq, uduzmağa yox.
- Moskvadakı görüşdən nə gözləyirsən?
- Hər şey özümüzdən asılı olacaq. Biz səfərdə əsl xarakter nümayiş etdirməliyik. Biz də özümüzə görə bir komandayıq. Əgər qələbə qazanmaq istəyiriksə, meydanda əlimizdən gələni etməliyik.
- Yəqin ki, bir xal bizim üçün yaxşı nəticə hesab olunacaq.
- Səfər matçlarında qazanılan bir xal böyük şeydir. Əgər evdə oynasaydıq, yalnız qələbəni düşünərdik. Düzdü, səfərə də üç xal üçün gedəcəyik. Ancaq hər şeyə real baxmaq lazımdır. Əsas məslə məğlub olmamaqdır.
- Amma Rusiyada hesab edirlər ki, millimizə asanlıqla qalib gələcəklər.
- Biz rusların nə dediyini deyil, öz oyunumuzu fikirləşməliyik. Necə olacağını meydanda görəcəyik. Lakin mən bildiyim qədər onlar artıq Azərbaycanın futbolda yaxşı inkişaf etdiyindən xəbərdardılar. Əvvəllər isə belə deyildi. Bizim adımızı eşidən komanda asan qələbə qazanacaqlarını söyləyirdilər. Məncə, onlar bizi qiymətləndirirlər.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı