“Xəzər Lənkəran”dakı çıxışları ilə tanınan, eyni zamanda “İnter” və “Simurq”un da formasını geyinmiş Mario Souza Qol.Az-a müsahibə verib.
“İNTER” VƏ “SİMURQ” MƏNİM ÜRƏYİMCƏ DEYİLDİ”
- Azərbaycanda üç fərqli klubun şərəfini qorudun: “Xəzər Lənkəran”, “İnter” və “Simurq”. Lənkəran klubundan fərqli olaraq, “İnter” və “Simurq”da oyunun alınmadı. Bunun səbəbini necə izah edərdin?
- Bu klublar mənim ürəyimcə deyildi. Daha doğrusu, mənə uyğun komandalar deyildi. Onların oyunlarında atmosfer, ajiotaj, azarkeş çatışmırdı. Axı azarkeşsiz futbol olmur. Futbolu azarkeşlər üçün oynayırlar. “İnter” və “Simurq”dan başqa oynadığım bütün klublarda azarkeş kütləsi olub. Komandanın uğur qazanması üçün azarkeş kütləsi vacibdi. Futbolçular da azarkeşə görə oynayırlar. Lakin yendə də “İnter” və “Simurq”da oynamaq mənim üçün böyük təcrübə oldu. Heç vaxt atdığım addıma görə təəssüflənmirəm.
- “İnter”də olarkən baş məşqçi Kaxaber Sxadadze ilə münasibətlərinin yaxşı olmadığı deyilirdi. Bu, həqiqətən də belə idi?
- Yox, belə bir şey yox idi. Kaxaber Sxadadze çox yaxşı və güclü məşqçidir. Münasibətimiz də normal idi. Oynamamağımın səbəbi baş məşqçi ilə bağlı deyildi. Sadəcə, süni örtükdə oynamağa öyrəşməmişəm. Düzdür, “Xəzər Lənkəran”ın heyətində olarkən səfər matçlarında bəzən süni örtükdə oynayırdıq. Ancaq bu, daimi deyildi. Lənkəranda təbii örtüklü gözəl meydança var idi və orda məşq edirdik. “İnter”də isə süni örtükdə məşq edib oynayırdıq və bu, mənə ağır gəlirdi. Ümumiyyətlə, süni örtükdə oynamaq mənim üçün çox stressli idi və qorxulu yuxu kimi gəlirdi. Fikir vermisinizsə, heç bir futbolçu süni örtükdə adi sürüşmə fənni eləməyə də ürək eləmir.
“FUTBOLU BİRDƏFƏLİK ATMIŞAM”
- Hazırda nə işlə məşğulsan?
- “Simurq”da oynayanda zədələndim və futbolu birdəfəlik atmaq qərarına gəldim. Çünki zədə diz qapağında idi, mənim də 34 yaşım var. Hazırda bir şirkətimə rəhbərik edirəm. Klubların prezidenti ilə əlaqəm yaxşıdır, futbolçuları Avropa və dünyanın müxtəlif ölkələrinə göndəririk. Bir sözlə, vətənim Braziliyada menecerliklə məşğulam.
“XƏZƏR LƏNKƏRAN”DA MƏŞQÇİ OLMAQ İSTƏYİRƏM”
- Azərbaycandakı azarkeşlərə bu dəfəlik son sözün...
- Lənkəran azarkeşləri başda olmaqla Azərbaycanın bütün futbolsevərlərinə salam göndərirəm. Lənkəran azarkeşlərinin və camaatının gözəlliyini sözlə ifadə etmək mümkün deyil. Onlarla hər zaman yaxşı münasibətdə olan futbolçulardan olmuşam. Məni sevirdilər və mən də vurduğum qollarla onlara sevinc bəxş edirdim. Həyatımın və karyeramının ən gözəl illəri “Xəzər Lənkəran”la bağlıdır. “Neftçi”, “Qarabağ” kimi köklü klubları da yaddan çıxarmaq olmaz. “Qəbələ” də öz şəraitinə görə, diqqət mərkəzindədir. Sonda onu deyim ki, “Xəzər Lənkəran”a məşqçi kimi qayıdacağım günü səbirsizliklə gözləyirəm.
Anar XANLAROV
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər