“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Qol.Az-a müsahibəndə Azərbaycan Premyer Liqasının VIII turunda evdə “Qarabağ”la heç-heçə (0:0) etdikləri oyun haqda danışıb.
“QAZANILAN HƏR XAL BİZİM ÜÇÜN QIZILA BƏRABƏRDİR”
- Necə düşünürsünüz, “Kəpəz” “Qarabağ”la oyunda 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Heyətimizin kasad olmasını, “Qarabağ”ın gücünü, heyətində millinin futbolçularının oynadığını nəzərə alsaq, 1xalı pis nəticə saymaq olmaz. Ümumiyyətlə, xal ehtiyatımızın az olduğunu göz önünə gətirsək, qazanılan hər xal bizim üçün qızıla bərabərdir.
- “Qarabağ”dan icarəyə götürdüyünüz və “Kəpəz”ə gələndən sonra özlərini yaxşı tərəfdən göstərən Emin İmaməliyevlə Bəxtiyar Soltanovun bu oyunda oyunda forma geyinməməsi çoxları üçün gözlənilməz oldu. Niyə onlara şans vermədiniz?
- Bunun səbəbi bizdən asılı olmayan səbəbdir. Bildiyiniz kimi, həm Emini, həm də Bəxtiyarı “Qarabağ”dan icarəyə götürmüşük. Onları icarəyə götürəndə bizim qabağımızda şərt qoymuşdular ki, bu futbolçular “Qarabağ”a qarşı oynamayacaq. Yalnız bu halda Eminlə Bəxtiyarı icarəyə götürə bilərdik. Yəni iki klub rəhbərliyi öz aralarında bu cür razılığa gəlmişdi.
- Bəs, bu iki futbolçudan məcburi imtina heyət qurarkən sizin işinizi çətinə salmadı?
- Əlbəttə saldı. Bizim ehtiyat oyunçular skamyamız qısa olduğundan hətta bir futbolçu oynamayanda belə çətinlik olur, o ki qaldı iki futbolçu ola.
MAHMUD QURBANOV RƏŞAD SADIQOVLA RAZI DEYİL
- “Qarabağ”ın kapitanı Rəşad Sadıqov saytımıza müsahibəsində deyib ki, Gəncə stadionunun qazonu çox bərbad vəziyyətdədir, orada futbol oynamaq mümkün deyil. O, xal itirmələrində qazonun durumunu da əsas səbəb kimi göstərib. Doğurdanmı qazonun durumu bu dərəcədə bərbaddır?
- Yox, o dərəcədə bərbad deyil, axı. Belə baxanda guya Azərbaycanda hansı stadionda normal qazon var? Tofiq Bəhramov adına Respublika stadionunu, bir də Qəbələ stadionunu çıxmaq şərtiylə qalan bütün stadionların durumu elə bizdəki kimidir. Qalanları da hamısı süni meydançalardır.
“NEFTÇİ” İLƏ OYUNA QƏLƏBƏ ÜÇÜN ÇIXACAĞIQ”
- Növbəti turda səfərdə “Neftçi” ilə oynayırsınız. Həmin oyundan nə gözləyirsiniz?
- “Neftçi” Avropa Liqasının qrup mərhələsində oynayan komandadır. “İnter”lə oyunlarına da baxdım və deyərdim ki, ikinci hissədə yaxşı təsir bağışladılar. Təbii ki, bizim üçün çətin olacaq. Ancaq əlimizi yanımıza salmayacağıq və meydançaya qələbə üçün çıxacağıq. Nəzərə alaq ki, millinin oyunu ilə əlaqədar çempionatda fasilə yaranacaq. Bu fasilədən yüksək səviyyədə istifadə etməyə çalışacağıq.
Anar XANLAROV
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı