“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
“GƏNCƏ STADİONUNDA YAXŞI FUTBOL OYNAMAQ QEYRİ-MÜMKÜNDÜR"
- Premyer Liqanın səkkizinci turunda səfərdə “Kəpəz”in qonağı oldunuz və bir xal itirdiniz. Oyunla bağlı təəssüratların necədir?
- Komandamız pis oynamadı. Yaxşı qol imkanlarımız oldu. Bunlardan istifadə edə bilmədik. Bu amil artıq bizə başağrısı olub. AZAL-ı çıxmaq şərtiylə bütün oyunlarda xeyli sayda qol imkanı yaratmışıq. Bunları dəyərlləndirə bilməməyimiz xal itkilərinə gətirib çıxarır. “Kəpəz” bizimlə oyuna çox həvəslə çıxmışdı. Yeni baş məşqçinin gəlişindən sonra komandalarında bir canlanma hiss olunur.
- Dəyəsən, meydançanın vəziyyətindən narazı qalmısınız.
- Doğrudanda da, meydança amili əsas problemlərdən hesab edilir. Gəncə stadionun meydançasında yaxşı futbol oynamaq qeyri-mümkündür. Ümid ona qalır ki, rəqibin səhv gözləyəsən. Səviyyəli, sürətli oyun nümayiş etdirmək olmur. 2-3 metrdən dəqiq ötürmə edə bilmirsən. Topu yaxşı saxlamaq çətindir. Belə meydançalarla futbolumuzun inkişafı çox çətindir.
- Hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşmısınız. Necə düşünürsən, ən azı mövqeyinizi bir müddət qoruya biləcəksiniz?
- Hazırda çempionat elə məcrada davam edir ki, bir xal da qızıla bərabərdir. Əsas rəqiblərimiz bizdən qabaqda deyil. Təkcə “Simurq” “Qarabağ”ı qabaqlayır. Hələ şükür etməliyik ki, beşinci-altıncı pillədə deyilik. Rəqiblərimiz də çox xal itirəcək. Bundan sonra çempionatın gedişatına aydınlıq gələcək.
“NEFTÇİ"NİN OYUNUNU İZLƏYƏ BİLMƏDİM"
- Dünən Avroliqanın qrup mərhələsində təmsilçimiz “Neftçi” evdə “İnter”lə qarşılaşdı və 1:3 hesabı ilə uduzdu. “Neftçi”dən bu nəticəni gözləyirdin?
- Bu qarşılaşmanı izləyə bilmədim. Həmin vaxt biz Gəncədən oyundan qayıdırdıq. Lakin mən “Neftçi”nin məğlub olmayacağını fiikirləşirdim. Ancaq bunu da qəbul etmək lazımdır ki, rəqib güclü “İnter” idi.
- Amma oyundan əvvəl “Neftçi”nin baş məşqçisi və futbolçuları qələbə qazanacaqlarını deyirdi.
- Fikrimcə, qələbə ustalıq səviyyəsi imkan verməyib. Buna görə də “İnter” kimi təcrübəli komandadan xal almağa gücləri çatmayıb.
“KAMRANA MÜTLƏQ OYUN PRAKTİKASI LAZIMDIR"
- Bir məsələyə də münasibətin maraqlı olardı. AFFA prezidenti Rövnəq Abdullayev “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimova müraciət edərək Kamran Ağayevi komandaya qaytarılmasını xahiş edib.
- Bu, yaxşı haldır. Şəxsən mən də milli komandanın kapitanı kimi “Xəzər Lənkəran” rəhbərliyindən Kamran Ağayevi komandaya qaytarılmasını xahiş edərdim. Hazırda Kamran yığmamızın çox vacib fiqurlarından hesab edilir. Amma nə qədər güclü qapıçı olsa da, ona mütləq oyun praktikası lazımdır.
Əli HƏYATİ
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar