“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi
- Çempionatda AZAL üzərində qələbədən sonra komandadaxili çatışmazlıqların və psixoloji problemlərin həll olunduğunu söyləmək olar, yoxsa hələ qalmaqdadır?
- “Xəzər Lənkəran”ın AZAL-ı məğlubiyyətə uğratması ən azı ondan xəbər verdi ki, atılmış addımlar özünü doğrultdu. İkincisi, bu oyuna qədər komandamızın turnir cədvəlinin sonuncu pilləyə düşməsini təsadüf adlandırardım. Qazanılan qələbə də buna sübut oldu. Heç kim deyə bilməz ki, komandanın “Turan”a məğlubiyyətində məşqçinin sıhvi və futbolçuların zəif çıxış etməsi səbəb oldu. AZAL-a oyun bir çox suala aydınlıq gətirdi. Hakimliyin səviyyəsi həmin oyunda özünü göstərdi. Eləcə də,Tovuzdakı hakimlikdən söhbət etmək olar. Heç kəs demir ki, hakimlər “Xəzər Lənkəran”ın oyununu qərəzli idarə edir. Qərəzli hakimliklə səviyyəli idarətməni səhv salmaq lazım deyil. “Xəzər Lənkəran”ın azarkeşlərini və hazırkı durumunu nəzərə alaraq, hakimlər verdikləri qərarlarda diqqətli olmalıdırlar. Hər hansı səhv qərar komandaya ciddi başa gələ bilər. Necə ki, Ruslan Abışova səhvən qırmızı vərəqə göstərilmişdi.
- AFFA İntizam Komitəsi Elnur Allahverdiyə altı oyunluq cəza kəsdi. Bəs siz rəhbərlik olaraq ona qarşı hansı tədbiri gördünüz?
- Bazar günü klubdaxili iclas oldu. Bundan sonra mətbuata məşqçilərlə bağlı qərarı açıqladıq. Orada futbolçularla bağlı qərardan danışılmayıb. Hansı futbolçular ki, intizam qaydalarına riayət etmirlər, özlərini yaxşı aparmırlar, onlar barəsində də ölçü götürülüb. Sadəcə, bu barədə açıqlama vermək düzgün olmazdı.
- Üç məşçinizi istefaya göndərməyiniz birmənalı qarşılanmadı.
- Kim bu addımı necə istəyir qarşılasın. Hər halda “Xəzər Lənkəran” yaxşı ölçüb-biçdikdən sonra qərarlar verir. Kim deyirsə ki, məşqçilər güclü olmadığı üçün istefaya göndərilib, yalnışlığa yol verir. Bu qərar ntizam qaydalarına görə qəbul edilib. Sadəcə, həmin məşqçilər bəzi futbolçularla bağlı intizam yarada bilmirdilərr. Əgər yara varsa, mütləq kəsib atmaq lazımdırr. Futbolçu klubun qayda-qanunlarına riayət etmirsə, nizam-intizama tabe olmursa, mətbuata özbaşına müsahibə verirsə, deməli, bu işə məsul olan şəxslər öz işlərinin öhdəsindən gələ bilməyiblər.
- Belə məlumat yayılıb ki, istefaya göndərdiyiniz Zaur Ramazanova klubda yenidən iş təklif edilir. Konkret olaraq, onun seleksiyaçı-məşqçi vəzifəsinə qaytarılacağı bildirilir.
- Bunu sizdən eşidirəm. Zaur Ramazanov hazırda klubda heç bir vəzifədə çalışmır. Klubun prezdenti onu tutduğu vəzifəsindən azad edib.
- Bəs istefaya göndərilənlərin yerinə kimlər gətiriləcək?
- Bilirsiniz ki, hazırda B kateqoriyalı məşqçi Emin Quliyevi komandaya dəvət etmişdik. Yaxın zamanda boş qalmış vəzifələrə təyinatlar olacaq. Orada yerli mütəxəssislə bərabər, əcnəbi məşqçi də çalışa bilər.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar