Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində dünən keçirilən “Neftçi” - “İnter” oyunu ilə bağlı Qol.Az-a müsahibə verib.
- Öncə oyunla bağlı ümumi fikirlərinizi bizimlə bölüşərdiniz...
- “Neftçi” yaxşı oynadı. Xüsusən də ikinci hissədə. Amma səviyyə fərqi öz sözünü dedi. Bundan başqa, müdafiədə çox yüngül səhvlər buraxdılar. Sol cinahda buraxılan səhvləri xüsusi qeyd edərdim. Düzdür, rəqibin aparıcı ulduz futbolçuları Bakıya gəlməmişdi. Ancaq bununla belə, “İnter”də əsas heyətlə ehtiyat heyət anlayışları nisbidir. Bu cür klublarda çıxış edən bütün futbolçular əsas heyətə layiq futbolçulardır.
- Hər kəs “Neftçi”nin ikinci hissədə yaxşı oynadığını deyir. Sizə elə gəlmir ki, “İnter” də fasilədən sonra “Neftçi”yə oynamaq imkanı verdi?
- Bəli, o da ola bilər. Ola bilsin, ilk hissəni 3:0 üstün tamamlayan “İnter” ikinci hissədə “Neftçi”yə oynamaq imkanı verdi. Bu barədə sizinlə razıyam.
- Böyükağa Hacıyevin Kamil Nurəhmədovu start heyətində meydançaya buraxması çoxları üçün gözlənilməz oldu. Hətta çempionat oyunlarında belə, bir dəqiqə oynamayan gənc futbolçunu “İnter” kimi rəqiblə oyunda birdən-birə əsas heyətdə meydançaya buraxmaq nə dərəcədə düzgün idi?
- Bu haqda qərarı baş məşqçi özü verib. Mən onun işinə qarışmaq istəmirəm. Əgər Böyükağa Hacıyev belə qərar veribsə, deməli, nəsə bildiyi var. Həm də bu cür gənclər əvvəl-axır oynamalıdır.
- Ancaq “İnter” kimi komandailə oyunlarda yox da...
- Niyə də “İnter”ə qarşı oynamasınlar? Məncə, burada qeyri-adi bir şey yoxdur.
- Növbəti turda rəqib “Rubin”dir. Sizcə, həmin oyunda nəyə ümid etmək olar?
- Mən “Rubin”in “Partizan”la oyununa baxdım. “Rubin” yaxşı komandadır. Baxmayaraq ki, ötən mövsümkü heyətdən bir-neçə nəfər komandanı tərk edib, amma oyun dəsti-xəttlərini saxlayıblar. “Partizan” da ilk hissədə pis oynamadı. Sadəcə, səviyyə fərqi öz sözünü dedi. O ki qaldı “Neftçi”nin səfərdən xalla dönüb-dönməməsinə, məncə, əzmkarlıq ortaya qoysalar, bu, mümkün olar.
Anar XANLAROV
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi