Bazar günü keçirilən son oyunlarla 2008/09 mövsümündə premyer-liqaya yekun vuruldu. Artıq ölkəmizi Avrokuboklarda təmsil edəcək klubların adları da məlumdur. Çempionlar Liqasında Azərbaycanın şərəfini “Bakı”, bu mövsümdə ilk dəfə keçiriləcək Avroliqada isə (bu yarış UEFA və İntertoto kuboklarının əvəzinə keçiriləcək) “İnter” və “Simurq” qoruyacaq. Lakin Avroliqada 2 deyil, 3 komanda ilə təmsil olunacağıq. Üçüncü komandanın adına isə mayın 23-də keçiriləcək ölkə kubokunun final qarşılaşmasından sonra aydınlıq gələcək. Əgər kuboku “İnter” qazansa, Avroliqaya üçüncü vəsiqənin sahibi “Xəzər-Lənkəran” olacaq. Kuboku başı üzərinə qaldıra biləcəyi halda isə “Qarabağ” ölkəmizi qitə miqyaslı yarışlarda təmsil etmək hüququna yiyələnəcək. Artıq indidən demək olar ki, azarkeşləri məhz Avrokuboklar, daha doğurusu təmsilçilərimizin qitə kuboklarındakı çıxışı maraqlandırır. Buna görə də Qol.Az cari mövsümdə yeni reqlamentlə keçiriləcək Çempionlar Liqasının, eləcə də ilk dəfə oynanılacaq Avroliqanın reqlamenti, oyunların keçirilımə vaxtı, eləcə də təmilsçilərimizin potensial rəqibləri ilə sizləri tanış edir. İlk növbədə onu qeyd edək ki, bu mövsümdən etibarən “Bakı” mübarizəyə ikinci mərhələdən qoşulacaq. Çünki ilk mərhələdə yalnız 4 ölkənin çempionları- Malta, Çernoqoriya, San-Marion və Andorra klubları iştirak edəcəklər. Hansılar ki, bu ölkələr UEFA-nın reytinqində ən aşağı göstəriciyə malikdirlər. 4 ölkənin çempionlarının iştirakı ilə baş tutacaq ilkin mərhələnin oyunları iyunun 30-u və iyulun 1-i, cavab qarşılaşmaları isə 1 həftədən sonra, yəni iyulun 7-i və 8-də baş tutacaq.
“Bakı”nın mübarizəyə qoşulacağı ikinci mərhələdə isə birinci mərhələdən gəlmiş 2 komanda da daxil olmaqla 34 komanda mübarizə aparacaq. Bu komandalardan isə 26-nın adı artıq məlumdur. İkinci təsnifat mərhələsində çıxış edəcək 34 komanda iki yerə - səpələnmiş və səpələnməmişlərə bölünüb ki, onlar da püşkatma zamanı nisbətən güclülərin bir-biri ilə oynamaması üçündür.
Azərbaycan çempionu birinci təsnifat mərhələsinin iki qalibinin də yer alacağı səpələnməmişlər sırasında qərarlaşıb ki, buradakı komandalardan artıq 13-ü müəyyənləşib. “Bakı”nın potensial rəqiblərinin yer aldığı səpələnmişlərin də siyahısında da 13 iştirakçı məlumdur.
Səpələnmişlər: “Partizan” (Serbiya), “Zaltsburq” (Avstriya), “Dinamo” (Xorvatiya), “Stabek” (Norveç), “Slovan” (Slovakiya), “Ventspils” (Latviya), BATE (Belarus), “Kalmar” (İsveç), APOEL (Kipr), “Maribor” (Sloveniya), “Hafnarfyordur” (İslandiya), “İnter” (Finlandiya), “Ekranas” (Litva), eləcə də İsrail, Bolqarıstan, Polşa və Danimarka çempionları
Səpələnməmişlər: “BAKI” (AZƏRBAYCAN), “Levadiya” (Estoniya), “Aktobe” (Qazaxıstan), “Pünik” (Ermənistan), “Ril” (Uels), “Qlentoran” (Şimali İrlandiya), “Streymur” (Farer adaları), “Dudelanj” (Lüksemburq), “Bohemians” (İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “VİT-Corciya” (Gürcüstan), “Şerif” (Moldova), “Makedoniya” (makedoniya) eləcə də Macarıstan və Albaniya çempionları və birinci təsnifat mərhələsinin qalibi olacaq iki komanda
İlk baxışdan da göründüyü kimi “Bakı”nın potensial rəqibləri arasında güclü komandalar da var, nisbətən zəiflər də. Hər halda “Partizan” (Serbiya), “Zaltsburq” (Avstriya), “Dinamo” (Xorvatiya), “Stabek” (Norveç), “Slovan” (Slovakiya), eləcə də Bolqarıstan, Polşa və Danimarka çempionlarına qarşı mübarizə aparmaq digər klublara nisbətən daha çətin olacaq. İkinci tənsifat mərhələsinin ilk oyunları iyulun 14-15-də, cavab matçları isə bir həftə sonra, iyulun 21-22-də baş tutacaq.
Üçüncü tənsifat mərhələsində isə komandalar iki qrupa ayrılacaqlar: “çempionlar” və “çempion olmayanlar”. Bu qrupların da hər birindən 10 qalib komanda Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanacaq. Sonuncu təsnifat mərhələsinin matçları iyulun 28-29-da, təkrar görüşlər isə avqustun 4-5-də baş tutacaq.
Ilk dəfə olaraq keçiriləcək Avroliqada isə ilkin təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab görüşləri isə bir həftə sonra baş tutacaq. İlkin mərhələdə Azərbaycan təmsilçilərindən ikisi mübarizəyə qoşulacaq. Həmin 2 komandadan birinin “Simurq” olacağı dəqiqdir. İkinci komandanın adı isə hələ məlum deyil. Çünki “Xəzər-Lənkəran” Avroliqaya yollanası olsa, “Simurq”un yol yolşadı məhz cənublular, Azərbaycan kubokunu “Qarabağ” qazansa, “İnter” mübarizəyə ilkin mərhələdən qoşulacaq. Çünki Avroliqanın reqlamentinə əsasən ölkə kubokunun qalibi olan komandalar mübarizəyə ilkin deyil, ikinci mərhələdən qoşulurlar.
İkinci təsnifat mərhələsinin oyunları iyulun 16-ı və 30-da, üçüncü təsnifat mərhələsinin qarşılaşmaları isə 30 iyul və 6 avqust tarixlərində baş tutacaq. Avroliqanın qrup mərhələsində iştirak edəcək komandaların adları dördüncü mərhələdən sonra bəlli olacaq. Dördüncü mərhələdə üçüncü mərhələnin qalibləriylə yanaşı, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “çempionlar” qrupunda məğlub olan komandalar da iştirak edəcəklər.
Xatırladaq ki, Çempionlar Liqası, eləcə də Avroliqanın birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 22-də İsveçrənin Nyon şəhərində keçiriləcək.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza
FİFA prezidenti DÇ-2026-dakı favoritini açıqladı
Slot "Qalatasaray"la bugünkü oyun haqda
"Turan Tovuz"un qapıçısından əla göstərici: 778-ə çatdı
PSJ Yamal üçün ağlasığmaz məbləğ təklif edib
"Turan Tovuz" üçün xüsusi qələbə
Tarixin 70-cisi
"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti
Zamiq oynadı, komandası əzmkar qələbə qazandı
Xab Alonso "Liverpul"un baş məşqçisi ola bilər