Mayın 23-də keçiriləcək ölkə kubokunun finalında 2 deyil, eyni zamanda 3 komandanın taleyi həll olunacaq. Çünki həlledici qarşılaşma təkcə finalın iştirakçıları “Qarabağ” və “İnter” üçün yox, eləcə də “Xəzər-Lənkəran” üçün böyük əhəmiyyət kəsb edir. Əgər kuboku “İnter” qazansa, Avroliqaya üçüncü vəsiqənin sahibi “Xəzər-Lənkəran” olacaq. Kuboku başı üzərinə qaldıra biləcəyi halda isə “Qarabağ” ölkəmizi qitəmiqyaslı yarışlarda təmsil etmək hüququna yiyələnəcək.
Digər tərəfdən, “İnter” də finala ciddi yanaşır. Çünki “bankirlər” “Qarabağ”dan həm çempionat oyunundakı xal itkisinin qisasını almaq, həm də Avroliqaya ikinci mərhələdən başlamaq istəyirlər. Xatırladaq ki, reqlamentə əsasən, ölkə kubokunun sahibi Avroliqada mübarizəyə birinci deyil, ikinci mərhələdən başlayır.
Qol.Az-ın etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “İnter” rəhbərliyi artıq final qarşılaşması üçün 6 min bilet sifariş edib. Bəlkə də bu rəqəm çox görünə bilər. Çünki çempionat oyunlarında demək olar ki, heç vaxt “bankirlər”i bu qədər azarkeş dəstəkləməyib. Lakin məsələnin digər tərəfi var. Qol.Az-ın əldə etdiyi digər məlumata görə, kubokun final matçında “İnter”i təkcə öz azarkeşləri deyil, eləcə də “Xəzər-Lənkəran”ın fanatları dəstəkləyəcəklər. Məlumdur ki, «İnter» «Qarabağ»a qalib gələcəyi halda, «Xəzər-Lənkəran» Avroliqada oynamaq hüququ əldə edəcək. Bu səbəbdən Lənkərandan 30 avtobus azarkeşin oyun günü Bakıya gələcəyi və “İnter”ə azarkeşlik edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, final qarşılaşmasında “Qarabağ”ın azarkeş baxımından rəqibinə uduzmaq təhlükəsi var. Əldə etdiyimiz başqa bir məlumata görə, buna görə də “Qarabağ” rəsmiləri adekvat addım atmaq fikrindədirlər. Artıq klub rəsmiləri “Qarabağ”ın sadiq azarkeşlərini, komandanın təmsil etdiyi doğma Ağdam rayonunun sakinlərini final matçına daha kütləvi şəkildə cəlb etmək üçün hərəkətə keçiblər.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza
FİFA prezidenti DÇ-2026-dakı favoritini açıqladı
Slot "Qalatasaray"la bugünkü oyun haqda
"Turan Tovuz"un qapıçısından əla göstərici: 778-ə çatdı
PSJ Yamal üçün ağlasığmaz məbləğ təklif edib
"Turan Tovuz" üçün xüsusi qələbə
Tarixin 70-cisi
"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti
Zamiq oynadı, komandası əzmkar qələbə qazandı
Xab Alonso "Liverpul"un baş məşqçisi ola bilər