Xəbər verdiyimiz kimi, bu gün Bakının Nizami rayonunun 8-ci Kilometr qəsəbəsində tikilən yeni stadion istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva stadionun açılış mərasimində iştirak ediblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib.
Prezident İlham Əliyev stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Stadionla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verən AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib ki, burada tikinti işlərinə 2010-cu ilin mayında başlanıb. Ümumi ərazisi 22 min 500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqla təchiz edilib.
Prezident İlham Əliyevə Azərbaycan futbolunun keçdiyi 100 illik inkişaf yolundan bəhs edən “Azərbaycan futbolu-100” adlı kitab təqdim edilib.
Daha sonra dövlətimizin başçısı futbol meydançasında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 11 min tamaşaçı yeri olan stadion ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının oyunları keçiriləcək və artıq bu, FİFA tərəfindən də təsdiq edilib. Dünya birinciliyi bitdikdən sonra isə burada Azərbaycan Premyer Liqasının oyunları keçiriləcək. Futbol meydançasına FİFA standartlarına uyğun xaricdən gətirilən təbii ot örtüyü salınmış və xüsusi isitmə sistemi quraşdırılıb. Meydançanın işıqlandırılması üçün dörd projektor və ümumi müasir işıqlandırma sistemi yaradılıb. Tribunaların üstünün bağlanması üçün xüsusi fəza konstruksiyasından istifadə olunmuş və üzərinə müxtəlif ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtük çəkilib.
Daha sonra Prezident İlham Əliyevə 2012-ci ildə Polşada və Ukraynada keçirilən futbol üzrə Avropa çempionatının rəsmi topu hədiyyə edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qızlardan ibarət milli komandanın topuna uğur imzası atıblar.
Dövlətimizin başçısı stadionunun otaqlarında yaradılan şəraitlə də tanış olub.
Bildirilib ki, tribunada ailə baxış otağı və 17 skayboks VİP otaqlar da inşa edilib. Böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilən 200 nəfərlik xüsusi oturacaqlar quraşdırılıb.
Tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə otağı, FİFA-nın media mütəxəssisləri üçün otaqlar və konfrans zalları, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, dopinq-nəzarət və digər otaqlar yaradılıb. Burada, eyni zamanda, mərkəzi idarəetmə, təhlükəsizliyə nəzarət-müşahidə və şərhçi otaqları inşa edilib. Stadionun 300 avtomobil tutan dayanacağı var.
Prezident İlham Əliyev stadionda yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Yuxarı
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil
Mövsümün ən çox izlənən matçı
"Səbail"in məşqçisinə və futbolçularına cəza
"Borussiya" Türkiyə millisinin üzvünü göndərdi
"Şamaxı" 5 futbolçu ilə vidalaşdı
"Neftçi"dən 3 futbolçu getdi - Abubakar da var
“Sabah” onunla müqaviləni uzatmadı
"Sevilya"dan getdi
“Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
"Neftçi"nin futbolçusunun cəzası məlum oldu
Azərbaycan qadın millisinin heyəti açıqlandı
"Sabah"ın futbolçusu DÇ-2026 üçün geniş heyətdə
Hakimin bu skandal qərarı gündəm oldu - Video
"Milan" Konteni hədəfə aldı
"Neftçi"nin futbolçusu Kipr klubuna keçdi
"Bu mövsümü "Zirə" üçün uğurlu saymaq olar" - Aydın Bayramov
Əfran İsmayılov vitse-prezident təyin edildi
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı
"Qarabağ"dan mövsümün azarkeş rekordu
"Sumqayıt" Saşa İliçin ayrılığını açıqladı