Argentinaya dörd qol vuran futbolçu: “Azərbaycanda yüksək uğura nail olacağımıza inanırıq”

Argentinaya dörd qol vuran futbolçu: “Azərbaycanda yüksək uğura nail olacağımıza inanırıq”
FIFA U-17 4 Sentyabr 2012 / 12:03 4192
-  A +

“Bol-qol” 22 sentyabr və 13 oktyabr aralığında Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatına gedən yolda Yamila Badelli təsvir etmək üçün ən gözəl ifadədir.

Uruqvaylı bombardir mart ayından əvvəl Boliviyada keçirilən CONMEBOL-un təsnifat mərhələsində rəqib qapılarının torunu 9 dəfə silkələməklə komandasının tarixi nailiyyətində başlıca rol oynamış oldu. Belə ki, onlar Uruqvayın futbol tarixində FIFA dünya çempionatına vəsiqə qazanan ilk milli qadın futbol komandası idi.

Badelin uğurlu performansının pik nöqtəsi yarımfinal mərhələsinə təsadüf etdi. Qonşuları Argentina komandası ilə oyunda məhz onun vurduğu 4 qol Uruqvay millisini finala daşıdı.

Final oyununda Braziliya komandasına məğlub olmalarına baxmayaraq, Las Charrúas (Uruqvay komandası) “Azərbaycan 2012”yə vəsiqəni artıq təmin etmişdi. Komandanın heyətində ən çox fərqlənən oyunçu – bombardir Badell vurduğu 9 qolla 5 dəfə dünyanın ən yaxşı qadın futbolçusu seçilən braziliyalı əfsanə -Martanın Cənubi Amerikadakı yarışda imza atdığı rekordu təkrarlamış oldu və turnirin ən çox qol vuran oyunçusu üçün nəzərdə tutulmuş mükafatına sahib çıxdı.

“Biz Uruqvay qadın futbolu tarixində unudulmaz bir iz buraxdığımıza görə çox sevinirik” – bu sözləri “Liverpul”lu Luis Suarezin fanatı olan Badell FIFA.com saytına komandası haqqında verdiyi müsahibəsində bildirib.

“Azərbaycanda da təsnifat mərhələsində olduğu kimi yüksək uğura nail olacağımıza inanırıq. Biz ölkəmizin şərəfi naminə çalışırıq və bu turniri səbirsizliklə gözləyirik” – deyə o, sözlərinə əlavə edib.

“Bizim komandada ulduz futbolçu yoxdur. Oyun zamanı hər birimiz öhdəmizə düşən vəzifəni yerinə yetiririk. Komandamızın uğurunun və gücünün əsas sirri də məhz bundadır.”

Baş məşqçi Graciela Rebollonun əsas istəyi Badellin final mərhələsinin oyunlarında da çoxlu sayda qol vuraraq komandasını uğura doğru aparmasıdır. Hücumçu ilk növbədə komandasını qalib etmək istəyini vurğulamazdan öncə özünü topu ələ keçirən kimi stadionu həyəcanalandırmağı sevən çevik bir oyunçu kimi təsvir edib. “Bizim komandada ulduz futbolçu yoxdur. Oyun zamanı hər birimiz öhdəmizə düşən vəzifəni yerinə yetiririk. Komandamızın uğurunun və gücünün əsas sirri də məhz bundadır”

Təsnifat mərhələsində sərgilədiyi oyunlardan sonra onlara xüsusən artan etimadı doğrultmaq məqsədilə uruqvaylı oyunçuların əsl bir komanda şəklində birləşmələri lazımdır.

Uruqvay komandası bu turnirdə həm Zellandiya 2008-də, həm də Trinidad və Tobaqo 2010-da iştirak edən Almaniya və Qana komandalarını özünə əsas rəqib hesab edir. Digər yaş qruplarında yüksək uğurlara imza atan Çin komandası üçün ilk dəfə iştirak edəcəkləri FIFA U-17 qadınlararası dünya çempionatını uğurla başa vurmaq əsas hədəflərdən biridir.

Qarşıdan gələn final mərhələsinə günaşırı ciddi məşqlərlə hazırlaşan Badell bildirib ki, “Biz fərqli tərzdə oyun nümayiş etdirən 3 müxtəlif milli komanda ilə qarşılaşdıq. Bütün rəqiblərimizin də oyun videolarını izləmişik. İndi onlarla nə cür mübarizə aparacağımızı bilirik və bunun üzərində çalışırıq”

1990-2000-ci illərdə “Montevida” komandasının heyətində komandasının uğurları üçün çalışan keçmiş uruqvaylı canlı əfsanə Qustavo Badellin qızı Yamilianın qanında futbol oynamaq istəyi var və indi o, professionallığını daha da artırmaq niyyətindədir.

“Mən xaricə gedib futbol vasitəsilə pul qazanmağın mümkünlüyü barədə düşünürəm, ancaq ilk növbədə təhsilimi tamamlamalıyam. İdman mütəxəssisi olmaq istədiyimə görə təhsilim mənim üçün ən önəmli məsələdir”- deyə Yamila bildirib.

Hazırda gənc futbolçu futbolla sırf əyləncə xatirinə məşğuldur. Badel deyir ki, öz dövrünün keçilməz müdafiəçisi olan atası ona həmişə belə bir məsləhət verir: “O, deyir ki, mən həmişə etdiklərimdən zövq almalıyam və özüm də bunun üçün əlimdən gələni edirəm”

Komandası ilə birlikdə Azərbaycan 2012-yə hazırlıqlarını başa vurmaq üzrə olan Yamilia müsahibəsinin sonunda fanatlara səslənərək deyib: “Siz möhtəşəm oyunların şahidi olacaqsınız. Komandamız heç nədən çəkinməyəcək. Meydana canımızı qoyacağıq və bizim əsl gücümüzü görəcəksiniz.”

Mənbə: www.fifa.com/azerbaijan2012

 

Daha çox


Son xəbərlər