Dünya kuboku Bakıya qayıtdı

Dünya kuboku Bakıya qayıtdı
FIFA U-17 29 Avqust 2012 / 12:46 2011
-  A +

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın inzibati binasında sərgilənəndən sonra, avqustun 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan Xalq Bank və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmiş və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.

Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə, Bakı şəhərinə qayıdıb. Qeyd olunmuş şəhərlərdə möhtəşəm konsert proqramı təqdim olunub və biletlərin satışı təşkil edilib.

Avqustun 28-dən etibarən, Rəsmi Kubok Sponsor Turuna davam edir. FIFA U-17 qadınlararası dünya çempionatının Rəsmi Kuboku dünən DÇ-nin milli dəstəkçilərindən olan SOCAR-a təqdim edilib. SOCAR-ın inzibati binasında keçirilən rəsmi təqdimat mərasimində SOCAR-ın və Yerli Təşkilat Komitəsinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, SOCAR Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının da baş sponsorudur və Azərbaycanda futbolun inkişafına davamlı dəstək verir.

Arzu edən hər kəs SOCAR-ın ofisində sərgilənəcək Kubokla şəkil çəkdirmək, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı Top Top Qız-ı görmək və burada yerləşdirilmiş məlumat lövhəsindən müvafiq məlumatlar əldə etmək imkanına malikdir.
Xatırladaq ki, Rəsmi Kubok  SOCAR-ın ofisində sərgiləndikdən sonra, sentyabrın 2-də Bakcell-ə təqdim olunacaq.

Sentyabrın 15-də isə Rəsmi Kubok Bakı şəhərinin Milli Parkında Kubok Turunun bağlanış konsertində şəhər əhalisinə təqdim olunacaq.

affa.az

Daha çox


Son xəbərlər