Bu gün Azərbaycanın London olimpiadasındakı sonuncu iki idmançısı, sərbəst güləşçilər Xetaq Qazyumov və Cabrayıl Həsənov mübarizəyə qoşulub.
XETAQ QAZYUMOV
İlk mərhələdən azad olan 96 kq. çəkidəki milliyyətcə osetin olan legioner idmançımız X.Qazyumov 1/8 finalda belaruslu Ruslan Şeyxovla qarşılaşıb. Pekin olimpiadasının bürünc mükafatçısı olan Ruslan Şeyxova hər iki hissədə 1:0 hesabı ilə qalib gəlib. 1/4 finalda idmançımızın rəqibi Valeri Andritsev (Ukrayna) olub. Bu görüşdə Xetaq ilk hissədə 1:0 hesabıyla qalib gəlsə də, sonrakı iki hissədə 0:1, 1:4 hesabı ilə uduzaraq yarımfinala çıxa bilməyib.
Bununla belə, Ukrayna idmançısı finala vəsiqə qazandığı üçün Qazyumov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxıb.
Qazyumov bürünc medal uğrunda ilk görüşündə tacikistanlı Rüstəm İsgəndəri ilə mübarizə aparıb.
İdmançımız ilk hissədə rəqibinə 3:1, ikinci hissədə isə 3:0 hesabı ilə qalib gəldi.
Qazyumov bürünc uğrunda son görüşündə isə iranlı idmançı Məhəmməd Yazdani ilə qarşılaşmalı idi. Lakin rəqib idmançı zədəli olduğundan bu görüşə çıxmaqdan imtina edib. Beləliklə, Azərbaycana London olimpiadasında 10-cu medalı qazandıran idmançı Qazyumov oldu.
CABRAYIL HƏSƏNOV
66 kq. çəki dərəcəsində çıxış edəcək C.Həsənov da ilk mərhələdən azaddır. Cəbrayıl 1/8 finalda Bolqarıstan güləşçisi Leonid Bazanla
görüşüb. Bu görüşdə güləşçimiz hər iki hissədə qalib gələrək (3:1, 3:1) 1/4 finala yüksəlib. Bu mərhələdə Cəbrayıl Belarus idmançısı Əli Şabanovla görüşüb. İlk iki hissə 2:2 və 1:1 hesabı ilə yekunlaşıb. İkinci hissədə son xalı qazanan Cəvrayıl olduğu üçün idmançılar üçüncü hissəyə çıxıblar. Bu hissə güləşçimiz 2:0 hesabı ilə qalib gəlib. Lakin Belarus təmsilçiləri hakimlərin qələbəni Cəbrayıla verməsindən narazı qalıblar. Yarımfinalda Cəbrayılın rəqibi Yaponiya güləşçisi Tatşuhiro Yonemitsu olub. İdmançımız hər iki hissədə uduzub (0:2, 0:1). Buna baxmayaraq, Cəbrayılın medal qazanmaq şansı qalır. O, bürünc medal uğrunda görüşə çıxacaq.
Həsənov bürünc medal uğrunda yarışda kubalı Livan Lopezlə qarşılaşıb. Görüş 17:54-də başlayıb.
İlk hissədə idmançımız 3:0 hesabı ilə qalib gəlsə də, ikinci hissədə 0:2 hesabı ilə uduzub. Üçüncü hissədə isə Cəbrayıl son saniyələrdə qələbəni əldən verərək bürünc medal qazanmaq şansını əldən qaçırdı.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma" ilə üz-üzə
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi