Bu gün XXX London Yay olimpiadasında daha 3 boksçumuz rinqə çıxıb.
Qol.Az-ın məlumatına görə, ilk öncə 91+ kq. çəki dərəcəsində Məhəmmədrəsul Məcidov mübarizəyə qoşulub.
Dünya çempionumuz 1/8 final mərhələsində konqolu Meji Muanba ilə qarşılaşıb. Həmin görüş Bakı vaxtı ilə saat 19:15-də başlamalıydı. Lakin döyüş 19.30-da start götürüb.
Döyüşün birinci raundunda Məhəmmədrəsul Məcidov Meji Muanbaya 8:1 hesabıyla qalib gəlib və bir dəfə noqdauna salıb. İkinci raundda da Məcidov rəqibini noqdauna salıb. Bundan sonra boksçumuz rəqibinə sağ əliylə daha bir qüvvətli zərbə endirib, bu zaman konqolu boksçunun dəbilqəsi başından çıxaraq yerə düşüb. Hakimlər döyüşü dayandıraraq qələbəni vaxtından əvvəl (nokautla) Məcidova veriblər.
Qeyd edək ki, Məcidovun 1/4 finalda rəqibi Dominik Breazealeyə (ABŞ)qalib gələn Maqomed Ömərov (Rusiya) olub. Qarşılaşma avqustun 6-dı, Bakı vaxtı ilə saat 02.30-da başlanacaq.
Bu gün daha bir təmsilçimiz, 56.kq-da yarışacaq Məhəmməd Abdulhəmidov qüvvəsini sınayır. Mübarizəyə 1/8 finaldan başlayacaq təmsilçimiz yaponiyalı boksçu Satoşi Şimizu ilə üz-üzə gəlir. Bu görüş isə Bakı vaxtı ilə saat 01:20-də başlayıb.
İlk raund təmsilçimizin üstünlüyü ilə keçib - 4:2. İkinci raund da M.Abdulhəmidovun xeyrinə başa çatıb. İdmançımız rəqibini ikinci dəfə noqdauna salıb - 12:5. Üçüncü raundda da üstünlüyünü qoruyan boksçumuz 1/4 finala yüksəlib.
Son olaraq isə rinqə 91. kq-da Teymur Məmmədov dəvət olunub. Dünya çempionatının gümüş mükafatçısı 1/8 final mərhələsində avstraliyalı Tapu Opetaya ilə döyüşüb. Həmin görüşün qonqu isə Bakı vaxtı ilə saat 01:30-da vurulub.
İlk raund bərabər səviyyədə keçib - 5:5. İkinci raundda da ssenari dəyişməyib. Hər iki boksçunun zərbələri bərabər olub - 9:9. Üçüncü raundda isə özünü ələ alan T.Məmmədov rəqibini məğlub etməyi bacarıb və 1/4 finala yüksəlib.
Qeyd edək ki, Qeyd edək ki, London Olimpiadasına 7 kişi, 1 qadın boksçu ilə yollanan millimizin artıq 3 idmançısı mübarizəni dayandırıb.
Məhəmmədrəsul Məcidovun qələbəsi fotolarda
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq