Azərbaycan boksçusundan inamlı qələbə (YENİLƏNİB)

Azərbaycan boksçusundan inamlı qələbə (YENİLƏNİB)
LONDON-2012 28 İyul 2012 / 21:00 6914
-  A +

Bu gün London Olimpiadasında boks yarışlarına start verilib.

Qol.Az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycanın bir təmilçisi rinqə çıxıb.

75 kq çəki dərəcəsində Soltan Miqitinov mübarizəyə qoşulub. Onun 1/16 finalda rəqibi misirli Məhəmməd Hikal olub.

Hər üç raund boksçumuzun üstünlüyü ilə keçib və o, rəqibinə 20:12 hesabıyla qalib gəlib (4:2, 10:5, 6:5).

Bununla da Soltan 1/8 finala yüksəlib. Bu mərhələdə Soltanın rəqibi braziliyalı Falkao Florentino olacaq.

Daha çox


Son xəbərlər