Poznan "Xəzər Lənkəran"ın yolunu gözləyir (FOTOLAR)

XƏBƏR 24 İyul 2012 / 02:14 2685
-  A +

"Xəzər Lənkəran"ın Polşaya yollanması ilə əlaqədar planlarında bir sıra dəyişikliklər baş verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çarter reysinin vaxtının dəyişilməsi səbəbindən komanda ötən gün Bakıda qalmalı olub.

Polşanın Poznan şəhərinə uçuş bu gün səhər saat 08:00 üçün nəzərdə tutulub. Reysin vaxtının dəyişdirilməsi oyunçuların  hazırlıq prosesinə heç bir təsir etməyib. Belə ki, dünən axşam saat 19:30-da komanda planlaşdırılan məşqini Bakıda keçirib.
 
Bu arada "Xəzər Lənkəran"ın Poznan şəhərində məskunlaşacağı "Andersiya" oteli artıq komandanın gəlişinə tam hazır vəziyyətdədir. Otelin qarşısında Azərbaycanın üçrəngli bayrağı dalğalanır, "Xəzər Lənkəran" bayrağı və klubun loqosunu isə otel binasının daxilində müxtəlif hissələrdə görmək mümkündür.
 
Həmçinin qeyd edək ki, komandanın Polşaya səfəri ilə Azərbaycanın bu ölkədəki səfirliyi yaxından maraqlanır. 26 iyulda Poznanda "Lex" klubuna qarşı keçiriləcək matçda Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Həsənov başda olmaqla səfirliyin işçi heyətinin komandanı dəstəkləyəcəyi də gözlənilir.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu