XXX Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan akademik avarçəkənləri Nataliya Mustafayeva və Aleksandr Aleksandrov iyulun 22-də Böyük Britaniyanın paytaxtı Londona yollanıb.
Qol.Az-ın məlumatına görə, Polşanın Ostroda şəhərindəki təlim-məşq toplantısını başa vuran avarçəkənlərimiz artıq olimpiadanın keçiriləcəyi məkandadırlar.
Onlar milli komandamızın baş məşqçisi Rudiger Hauffe və onun köməkçisi Yuliana Stoyeva ilə birgə “Eton Dorney” Avarçəkmə Mərkəzi yaxınlığındakı mehmanxanada məskunlaşıblar. Olimpiadada çıxış edəcək bütün ölkələrin avarçəkənləri Olimpiya Kəndində deyil, məhz bu mehmanxanada qalacaqlar. Səbəb yarış məkanının şəhər kənarında yerləşməsidir.
Şəhərdən Avarçəkmə Mərkəzinə yolun uzunluğunu nəzərə alan təşkilatçılar belə bir qərar qəbul ediblər. Aleksandrov və Mustafayeva bu gün “Eton Dorney”də ilk məşqə çıxacaqlar. Onların rəqibləri iyulun 26-da yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 19:30) atılacaq püşk nəticəsində müəyyənləşəcək. Mübarizəyə isə iyulun 28-də start veriləcək.
Qeyd edək ki, Aleksandr Aleksandrov kişilər (M1X), Nataliya Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Aleksandrovun 32, Mustafayevanın 27 rəqibi olacaq. Onlar mübarizəyə ¼ final mərhələsindən başlayacaqlar. İyulun 29-da təsəlli, iyulun 31-də ¼ final yürüşləri keçiriləcək. Yarımfinala yüksələcəyi halda, Aleksandrov avqustun 1-də, Mustafayeva avqustun 2-də yürüşə qatılacaq. Final yürüşləri isə 3-4 avqustda olacaq.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?