Qızıl medala görə 130 min dollar

Qızıl medala görə 130 min dollar
LONDON-2012 4 İyul 2012 / 00:05 2352
-  A +

Rusiyalı idmançılar olimpiadada qazanacaqları qızıl medallara görə 4 milyon rubl alacaqlar.

"Komsomolskaya pravda" qəzetinin xəbərinə görə, bu barədə Rusiyanın idman naziri Vitali Mutko bildirib. Qeyd edək ki, 4 milyon rubl dollara nisbətdə təxminən 130 min dollar təşkil edir.

Mutko onu da qeyd edib ki, gümüş medalçı 2,5 milyon, bürünc sahibi isə 1,7 milyon rubl alacaq.

Bundan başqa medalçılara müxtəlif fondlardan, biznes strukturlarından da mükafatlar veriləcək.


Xəbər: Lent.az

Daha çox


Son xəbərlər