Qarşıdan gələn UEFA Avropa Liqasının təsnifat mərhələsi və 17 yaşlı qızlar arasında 2012-ci il futbol üzrə dünya çempionatı ilə əlaqədar Lənkəran şəhər Mərkəzi Stadionunda təmir və yenidənqurma işlərinə start verilib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əsas məqsədi stadionun beynəlxalq standartlara tam uyğunlaşdırılması olan işlər eyni zamanda arenanın müxtəlif hissələrində aparılır.
Yenidənqurmanın əhatə etdiyi sahələrdən biri stadionun VİP sektorudur ki, burada oturacaqların sayının artırılması nəzərdə tutulur. Bundan əlavə mətbuat nümayəndələri üçün nəzərdə tutulan yerlər qarşı sektora keçirilir, həmçinin bu hissənin yanına dörd yeni şərhçi yeri də əlavə ediləcək.
Həmçinin stadionda yeni mətbuat konfransı otağı və dünya çempionatı oyunları üçün mətbuat mərkəzi istifadəyə veriləcək. Arenaya mətbuat nümayəndələri üçün əlavə girişlərin də təşkil olunması nəzərdə tutulub. Bunlarla yanaşı, futbol meydanının ətrafında olan səddlər də qəbul edilmiş normalara uyğunlaşdırılacaq.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?