Azərbaycan kanoeçisi Adnan Əliyev Avropa Olimpiya Təsnifatında çıxış edib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumatda, mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürüb.
Yarışda Azərbaycanı kanoe növündə təmsil edən Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.
Əliyev 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılıb. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə bu məsafəni 4 dəqiqə 11,489 saniyəyə qət edərək, 6-cı olub. O, birbaşa finala adlaya bilməsə də, yarımfinalda da mübarizə aparıb. Bu dəfə isə Əliyev finişə 4 dəqiqə 14,416 saniyəyə çatıb. Finala ilk 3 yeri tutanlar yüksəliblər. Kanoeçimiz isə 5-ci olduğundan, həlledici yürüşdən kənarda qalıb.
London olimpiadasına lisenziya qazanmaq üçün ilk 2 yerdən birini tutmaq lazımdır. Bu vəsiqələr uğrunda 9 finalçı – Sebastian Brendel (Almaniya), Pavel Rusu (Moldova), İosif Kirila (Rumıniya), Matey Rusnak (Slovakiya), Deyan Georgiyev (Bolqarıstan), Pyotr Kuleta (Polşa), Qatis Pranks (Latviya), Vladimir Trotsyuk (Ukrayna) və Andreas Kiliqkaridis (Yunanıstan) mayın 17-də mübarizə aparacaq.
Beləliklə, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı kanoe növündə Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin təmsil edəcəyi dəqiqləşib. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Bezuqlıy – Prokopenko cütlüyü isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşlərə qatılacaqlar.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?