“Rəqibim Jeqise Tomasyan hələ döyüşdən əvvəl məni çox əsəbiləşdirmişdi. Demişdi ki, Fariz Tayson deyil ki, türmədən çıxandan sonra qələbə qazansın. Onu da söylədi ki, üçüncü raundda nokauta salacağam”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniyanın Vaysvater şəhərində təşkil olunan döyüşdən sonra peşəkar boksçumuz Fariz Məmmədov deyib.
Qeyd edək ki, yeddi illik fasilədən sonra peşəkar rinqə çıxan F.Məmmədov erməni rəqibi Jeqise Tomasyanı dördüncü raundda nokauta salıb.
“Döyüş mənim gözlədiyimdən də ağır keçdi. Tomasyan elə bil buna qədər internetdə döyüşlərinə baxdığım rəqib deyildi. Qarşıma sanki ayrı insan çıxmışdı. O, bu döyüşə ikiqat güc sərf edirdi. Bütün döyüş boyu mənə qəzəblə baxırdı. Hətta ikinci raundda elə güclü zərbə aldım ki, noqdauna düşdüm. Həmin zərbənin təsirindən hələ də çıxa bilməmişəm. Buna baxmayaraq, döyüşün gedişatında özümü toparlaya bildim və Tomasyanı dördüncü raundda nokauta saldım. Dediyim kimi, bu matç mənim üçün çox ağır oldu. Mən erməni rəqibimə bir idmançı kimi yox, bir azərbaycanlı kimi qalib gəldim” – deyə F.Məmmədov bildirib.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi