Türk avtoritet! (FOTO)

XƏBƏR 25 Aprel 2012 / 11:19 3004
-  A +

Futbol üzrə Çempionlar Liqasında İspaniyanın “Barselona” və İngiltərənin “Çelsi” komandaları arasında keçirilmiş yarımfinal matçının türkiyəli baş hakimi Cüneyt Çakır avtoritar idarəçiliyi ilə yadda qalıb.

36 yaşlı referi görüş ərzində 8 sarı, 1 qırmızı vərəqəyə əl atıb. 

 37-ci dəqiqədə hesab 1:0 “Barselona”nın xeyrinə ikən o, rəqibinə diz zərbəsi endirən “Çelsi”nin aparıcı futbolçusu Con Terrini birbaşa qırmızı vərəqə ilə meydandan qovub. 48-ci dəqiqədə Sesk Fabreqasın yerə düşürüldüyü epizodda Çakır köməkçisi Tarık Onqunun xəbərdarlığı ilə “Barselona” lehinə penalti təyin edib. Lakin Lionel Messinin zərbəsi qapı tirinə tuş gəlib. Türk hakim “zadəganlar”dan Con Obi Mikel, Ramires, Branislav İvanoviç, Petr Çex, Frenk Lempard, Raul Meyreleşi, “Barsa”dan isə Andres İnyesta və Lionel Messini sarı vərəqə ilə cəzalandırıb. Baş hakim bu qərarları ilə Kataloniya təmsilçisinə kömək etdiyini düşünənləri son dəqiqələrdə pərişan edib. O, Aleksis Sançesin qolunu ofsayd səbəbindən saymayıb. Bundan başqa, referi oyun ərzində zaman-zaman yerli azarkeşlərin etirazları ilə qarşılaşıb. 

Qeyd edək ki, cavab görüşü heç-heçə nəticələnib – 2:2.

İlk matçda 1:0 hesabı ilə qalib gəlmiş “Çelsi” finala vəsiqə qazanıb.

Xəbər: lent.az






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq