Rövnəq Abdullayev: "Məsləhət görərdim ki, kişi futbolçularımız qızlardan nümunə götürsünlər"

Rövnəq Abdullayev: "Məsləhət görərdim ki, kişi futbolçularımız qızlardan nümunə götürsünlər"
GÜNDƏM 9 Mart 2012 / 12:07 2500
-  A +

“Bildiyiniz kimi, milli komandamızın Fələstin yığması ilə yoldaşlıq görüşünün nəticəsi FİFA tərəfindən ləğv olunub. Bu oyunla bağlı çox danışmaq istəmirəm”.

Qol.Az-ın məlumatına görə, bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandamızın Dubay toplanışı çərçivəsində Fələstinə məğlubiyyətinə (0:2) münasibət bildirərkən deyib.

R.Abdullayev dünən 17 yaşlı qızlardan ibarət milli komandamızın oyununu izlədiyini bildirib: “Qadın futbolçularımız dünən çox gözəl qollara imza atdılar. Mən məsləhət görərdim ki, kişi futbolçulardan ibarət millimiz qızlardan nümunə götürsünlər.”

Daha çox


Son xəbərlər