UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlara start verilib.
QOL.az xəbər verir ki, Qazaxıstanın "Kayrat" komandası öz meydanında Belçikanın "Anderlext" klubunu qəbul edib. Almatıda baş tutan qarşılaşma qonaqların 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Görüşə uğursuz başlayan "Kayrat" matçın 2-ci dəqiqəsində yarımmüdafiəçi Yaakko Oksanenin avtoqolu ilə hesabda geri düşüb. 24-cü dəqiqədə Lukaş Ambros fərqi ikiyə çatdıraraq "Anderlext"in üstünlüyünü artırıb. İşləri bir az da çətinə düşən Qazaxıstan klubu 38-ci dəqiqədə azlıqda qalıb, müdafiəçi Aleksandr Şirobokov qırmızı vərəqə alaraq meydandan qovulub. İlk hissəyə əlavə olunmuş vaxtda isə Daniil Sikan fərqlənərək görüşdə son nöqtəni qoyub.
20 avqust
UEFA Avropa Liqasının pley-off mərhələsi
"Kayrat" (Qazaxıstan) - "Anderlext" (Belçika) - 0:3
Qollar: Y.Oksanen, 2-avtoqol, L.Ambros, 24, D.Sikan, 45+1
Qırmızı vərəqə: A.Şirobokov, 38 ("Kayrat")
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Belçikada keçiriləcək. İki oyunun nəticəsinə əsasən bu cütün qalibi Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi