Brahim Konate Kipr klubunda

Brahim Konate Kipr klubunda
XƏBƏR 20 Avqust 2026 / 11:34 753
-  A +

Avqustun 8-də “Zirə”nin yollarını ayırdığı Brahim Konatenin yeni klubu bəlli olub.

QOL..az xəbər verir ki, fransız yarımmüdafiəçi Kiprdə oynayacaq. O, “Nea Salamina” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Konate “Zirə”dən əvvəl Azərbaycanda “Şamaxı” klubunda da oynayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner