“Real”ın baş məşqçisi Joze Mourinyonun komandada toxunulmaz hesab etdiyi 6 futbolçu müəyyənləşib.
QOL.az xəbər verir ki, “Cadena SER”in məlumatına görə, portuqaliyalı mütəxəssisin siyahısına qapıçı Tibo Kurtua, müdafiəçi Mark Kukurelya, yarımmüdafiəçi Cud Bellinqem, həmçinin hücumçular Kilian Mbappe, Yan Diomande və Vinisius Junior daxildir.
Kurtua “Real”dakı 9-cu mövsümündə də əsas qapıçı olacaq. Kukurelya isə sol cinahda əsas fiqurlardan biri hesab olunur.
Mərkəz müdafiəsində Mourinyonun mövsüm ərzində müəyyən dəyişikliklər edəcəyi gözlənilir. Hazırda Din Heysen və İbraima Konatenin çempionatın startında digər variantlardan üstün mövqedə olduğu bildirilir. Sağ cinah müdafiəsində isə Trent Aleksander-Arnold və Denzel Dumfris toxunulmaz statusuna sahib deyil.
Yarımmüdafiədə “Real”ın daha çox variantı var. Komanda Federiko Valverde və Orelyen Tçuameni ilə yanaşı, topa daha yaxşı nəzarət edən yeni transfer Bernardo Silvadan da yararlana bilər. Eduardu Kamavinqanın rolunun isə azaldığı qeyd olunur.
Hücumda Bellinqemin yenidən hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edəcəyi, Vinisius, Diomande və Mbappenin isə hücum xəttini təşkil edəcəyi vurğulanır.
Qeyd edək ki, “Real” La Liqanın startı ərəfəsində uzunmüddətli zədə alan Rodriqo və Eder Militao istisna olmaqla, bütün futbolçularının xidmətindən yararlana bilir.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır