Bəhruz Şirəliyev: "Cəriməni klub yox, futbolçu özü ödəyəcək"

Bəhruz Şirəliyev: "Cəriməni klub yox, futbolçu özü ödəyəcək"
GÜNDƏM 6 Mart 2012 / 14:12 2932
-  A +

“Vasiliyev “Qəbələ” ilə oyunda tərbiyəsizlik edib və bunun da müqabilində öz cəzasını alıb”.

Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev AFFA İntizam Komitəsi tərəfindən komandanın qapıçısı İvan Vasiliyevin cəzalandırılmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, İntizam Komitəsi “Rəvan”ın futbolçusunu “Qəbələ” ilə oyunda görüşün baş hakimi Anar Salmanova tərəf tüpürdüyünə görə altı oyunluq, klubu isə beş min manat məbləğində cəzalandırıb.

B.Şirəliyev qeyd edib ki, cəriməni klub yox, futbolçu özü ödəyəcək: “Mən dünən onunla görüşməli idim. Sadəcə olaraq, yüksək hərarəti olduğu üçün bu baş tutmadı. Onunla danışıb öz sözlərimi deyəcəm. Vaxtı ilə Taqim Novruzovun da bu cür cəzası var idi. O da cəriməsini özü ödəmişdi. Məncə, ən yaxşı cəza  kəsilən cəriməni futbolçunun əmək haqqından çıxmaqdır”.

Daha çox


Son xəbərlər