Azərbaycan kubokunun final oyunu bu il ölkənin mərkəzi arenası - Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyə bilər.
Bu haqda Qol.Az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
«Biz arenada aparılan təmir işləri ilə əlaqədar mütamadi olaraq stadionun direktoru Akif İsmayılovla əlaqə saxlayırıq. O bizə bildirdi ki, martın 10-a qədər müəyyən işlər tamamlansa, o zaman oyunları keçirmək mümkün olacaq, əks təqdirdə Respublika stadionunda növbəti oyunlar avrokuboklar zamanı olacaq» - deyə R.Musayev bildirib.
O qeyd edib ki, stadiondakı təmir işlərindən sonra orada kubokun final oyununu keçirməyi çox istəyirlər: «Amma əgər martın 10-a qədər həmin işlər yekunlaşmasa, o zaman alternativ stadion axtaracağıq. Hər şey yuxarıda qeyd olunan tarixdən sonra bəlli olacaq».
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri