Bahadır Nəsimovun komandası Yaponiyaya qalib gəldi

Bahadır Nəsimovun komandası Yaponiyaya qalib gəldi
GÜNDƏM 29 Fevral 2012 / 18:54 2813
-  A +

"Neftçi"nin futbolçusu Bahadır Nəsimov şərəfini qoruduğu Özbəkistan millisinin heyətində növbəti oyununu keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəsimovun komandası səfərdə Yaponiya yığması ilə qarşılaşıb.

Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində baş tutmuş oyun Özbəkistan seçməsinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin üzvü Bahadır Nəsimov bu matçda əvəzlənmədən, 90 dəqiqə meydanda olub. Bu qələbədən sonra Özbəkistan millisi həlledici hesab olunan 2-ci qrup mərhələsinə vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
10.01.26  13:12

2 ay Mbappe, 2 ay Yamal