Nazim Süleymanov: "Hindistana beş qol da vura bilərdik"

Nazim Süleymanov: "Hindistana beş qol da vura bilərdik"
GÜNDƏM 27 Fevral 2012 / 19:43 2671
-  A +

“Sinqapur yığması ilə qeydə alınan bərabərlik (2:2) bizə pis təsir etmişdi. Ümumi götürdükdə Hindistan yığması Sinqapurdan daha güclüdür”.

Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın məşqçisi Nazim Süleymanov Hindistan üzərindəki qələbədən (3:0) sonra AFFA TV-yə açıqlamasında deyib.

Millimizin məşqçisi futbolçuların bugünkü qarşılaşmaya daha ciddi yanaşdıqlarını bildirib: “Futbol elə bir oyundur ki, hər zaman ciddiliyi sevir. Bugünkü qarşılaşmada dördüncü və beşinci qolu da vura bilərdik. Qələbə hər zaman yaxşıdır. Biz də istəyirik ki, milli komandamız daha çox qələbələr qazansın. Belə olan halda oyunçularımızın özlərinə olan inamı daha da artacaq”.

Daha çox


Son xəbərlər