Avropa Liqasında "Beşiktaş" - Arda Turan qarşılaşması
Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarında uğurlu nəticə göstərən İstanbulun "Beşiktaş" və İspaniyanın "Atletiko" klubları növbəti mərhələyə adlayarsa, bir-birilərinə rəqib olacaqlar.
Qol.Az-ın məlumatına görə, "Atletiko"nun türkiyəli futbolçusu Arda Turan 1/8 finalda onları maraqlı oyun gözlədiyini söyləyib. "Beşiktaş" Avropada yaxşı nəticə göstərir, istedadlı oyunçuları var. Növbəti mərhələyə adlasaq, gözəl bir oyuna şahid olacağıq".
Qeyd edək ki, "Beşiktaş" və "Atletiko" ilk matçlarında səfərdə uğur qazanıblar. İstanbul klubu Portuqaliya "Braqa"nı 2:0, İspaniya təmsilçisi isə İtaliyada "Latsi"onu 3:1 hesabıyla məğlub ediblər.