"Bu oyuna yalnız qələbə qazanmaq üçün çıxmışdıq ki, ilk "altılığ"a bir qədər də yaxınlaşaq. Ona görə də bu görüşə ciddi hazırlaşmışdıq".
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Rəvan" klubunun yarımmüdafiəçisi Ramazan Abbasov "Turan"la oyundan (2:1) sonra deyib.
R.Abbasov növbəti turda qarşılaşacaqları "Neftçi" ilə oyuna da toxunub: "Sağ olsun, futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. "Turan" da gənclərdən qurulmuş, yaxşı komandadı. Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram.
Növbəti turda "Neftçi" ilə çətin oyunumuz var. Həmin oyuna ciddi hazırlaşıb, ən azı 1 xal qazanmaq üçün var-gücümüzü ortaya qoyacağıq. "Altılığ"a daha da yaxınlaşmaq üçün növbəti oyunlarda qələbə qazanmağımız vacibdir".
Qeyd edək ki, "Rəvan" Unibank Premyer Liqasının XXI turunda səfərdə "Neftçi"nin qonağı olacaq.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video