Azərbaycan komandası fars klubunu darmadağın etdi

Azərbaycan komandası fars klubunu darmadağın etdi
GÜNDƏM 8 Fevral 2012 / 18:56 3571
-  A +

Bu gün İran çempionatında növbəti turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizi təmsil edən "Traktor Sazi" bu turda "Neft Abadan" klubunu darmadağın edib  - 4:1.

Lider "Sepahan" isə "Mis Kerman" üzərində 4:0 hesablı qələbə qazanıb.

"Traktor Sazi"nin əzəli rəqibi olan Tehranın "İstiqlal" komandası  "Saypay"la bərabərə qalıb - 2:2.

Hazırda turnir cədvəlinə 49 xalla "Sepahan" başçılıq edir. İkinci pillədəki "İstiqlal"ın 47, üçüncü yerdəki "Traktor Sazi"nin 46 xalı var.

Qeyd edək ki, çempionatın bitməsinə 10 tur qalmış "Traktor" çempionluğa dörd iddialı klubdan biridir. Təbriz təmsilçinin qarşıdakı turlarda bu komandalardan yalnız lider "Sepahan"la Təbrizdə görüşəcək.

Daha çox


Son xəbərlər