Azərbaycan Premyer Liqasının VIII turu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams üçün əlamətdar olacaq. Klubun mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, böyük britaniyalı mütəxəssis çempionatımızda yubiley – 40-cı oyununda iş başında olacaq.
2005-ci ildə yaranan klubun tarixinə 3-cü baş məşqçi kimi düşən Adams “Rəvan”la qarşılaşmayadək 39 matçda “Qəbələ”nin “sükanı arxasında” olub. 2010-cü ilin yayında müqavilə bağladığı komandanı ötən mövsümün 32 görüşünə çıxaran ingilis çalışdırıcı bu il 8-ci matçda 40 həddinə çatacaq.
Bu ev oyununadək qəbələlilər Adamsın rəhbərliyi altındakı çempionat matçlarında 16 qələbə qazanıb, 14 heç-heçə edib və 9 dəfə uduzub.
“Qəbələ” Toni Adamsın rəhbərliyi altında Premyer Liqada
|
mövsüm |
O |
Q |
H |
M |
TOP |
X |
|
2010/11, təsnifat mərhələsi |
22 |
8 |
7 |
7 |
19-14 |
31 |
|
2010/11, final mərhələsi |
10 |
5 |
5 |
0 |
12-4 |
20 |
|
2010/11, cəmi |
32 |
13 |
12 |
7 |
31-18 |
51 |
|
2011/12 |
7 |
3 |
2 |
2 |
7-7 |
11 |
|
Cəmi |
39 |
16 |
14 |
9 |
38-25 |
62 |
Qeyd edək ki, əsas komandanın baş məşqçisi Adams kimi əvəzedici heyətin çalışdırıcısı Daril Villard da “Qəbələ”də 40-cı oyununu keçirəcək. İndiyədək onun rəhbərlik etdiyi əvəzedicilər 39 matçda 21 qələbə qazanıb, 9 heç-heçə edib və eyni sayda da uduzub. Onun yetirmələri 77 qol vurub və 43-nü buraxıblar.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi