Matçın hakimləri "Xəzər Lənkəran"la eyni vaxtda məşq etdi (FOTOLAR)

XƏBƏR 21 İyul 2011 / 01:18 2259
-  A +

“Xəzər Lənkəran” klubu ötən gün "Makkabi" ilə oyunöncəsi yardımçı meydançada son məşqini keçib.

Qol.Az-ın "12cioyuncu" fan klubunun saytına istinadən yaydığı xəbərə görə, oyunun ukraynalı hakimlər briqadası da Mirça Rednikin komandası ilə eyni vaxtda məşq edib.

Hakimlərin məşqə başlamasından bir neçə dəqiqə əvvəl əsas meydança sulanmışdı. Ətrfadakı gözəl qoxu və yam-yaşıl ot örtüyü hakimlərin əhvalını daha yüksəltmişdi. Ukraynalı hakimlər uzaqdan uzağa yerli azarkeşlərin rus dilində “xoş gəlmisiniz” sözlərinə eyni səmimiyyətlə cavab veriblər.

Referilərin öz aralarında danışarkən isə “deyirlər sabah tribunalarda yaman isti olacaq” (red - tribunalarda azarkeş çox olacaq mənasında) deməsi də diqqətdən yayınmayıb.

Matçın hakimləri "Xəzər Lənkəran"la eyni vaxtda məşq etdi (FOTOLAR)

 
Matçın hakimləri "Xəzər Lənkəran"la eyni vaxtda məşq etdi (FOTOLAR)
 
Matçın hakimləri "Xəzər Lənkəran"la eyni vaxtda məşq etdi (FOTOLAR)
 
Matçın hakimləri "Xəzər Lənkəran"la eyni vaxtda məşq etdi (FOTOLAR)
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner