Kimmix danışdı, “Bavariya” narazı qaldı

Kimmix danışdı, “Bavariya” narazı qaldı
DÜNYA FUTBOLU 27 Noyabr 2026 / 11:34 93
-  A +

"Bavariya" klubunun rəhbərliyi yarımmüdafiəçi Coşua Kimmixin komandanın digər futbolçusu Camal Musiala ilə bağlı açıqlamalarından narazı qalıb.

QOL.az xəbər verir ki, bu barədə insayder Maksimilian Kox sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub rəhbərliyinin nüfuzlu şəxsləri Kimmixin ötən gün səsləndirdiyi fikirlərdən təəccübləniblər.

Kimmiz “Bavariya” rəhbərliyinin Musialanın səhhəti və çıxışı ilə bağlı məsələləri ictimaiyyət qarşısında müzakirə etməsini tənqid edib. O bildirib ki, futbolçunun bu cür müzakirələrin mərkəzinə çevrilməsi yolverilməzdir və məsələlər klub daxilində həll olunmalıdır.

Qeyd edək ki, Musialanın səhhəti və çıxışı cari mövsüm tez-tez müzakirə mövzusu olub. “Bavariya” rəhbərliyinin məsələ ilə bağlı Kimmixlə daxili müzakirələr aparacağı gözlənilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner