“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə heç-heçə etdikləri matçdan (0:0) danışıb.
QOL.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını belə dəyərləndirib:
"Buradakı atmosferə, nümayiş etdirdikləri futbola görə “Kəpəz”in rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirəm. Həqiqətən, sanki Avropada, avrokubok matçında idik. Oyundan bir saat əvvəl meydançaya çıxmışdıq və həmin atmosferi hiss edirdik. Əsl futbol üçün hər cür şərait var idi.
Futbolçularıma da təşəkkür edirəm. Qələbə qazanmaq üçün sona qədər mübarizə apardılar. Azarkeşlərimiz də burada idi və sonadək komandaya dəstək oldular. Heç kim uduzmaq istəmirdi. Göstərdikləri mübarizəyə görə ən azı məğlub olmamağa layiq idilər.
Bizə gəlincə, geriyə addım yoxdur, yalnız irəliyə baxacağıq. Qarşıdakı oyunlara daha pozitiv hazırlaşmalı, rəqiblərimizin üzərinə getməliyik. Bizə qarşı həmişə hansısa sistem dəyişikliyi edilir, rəqiblərin istəyi böyük olur. Azarkeş marağı da yüksəkdir. Bu, “Qarabağ”a verilən dəyəri göstərir.
Əvvəlki oyunlarda da çempionatın gücünü hiss etmişdik. İndi bunu daha yaxşı anlayırıq. Yeni gələn futbolçular da getdikcə çempionatın səviyyəsinə uyğunlaşırlar. Bu oyun bir daha göstərdi ki, daha yaxşı və məsuliyyətli olmalıyıq. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı kollektiv və nəticələr görəcəksiniz”.
- Stadiondakı atmosferdən danışdınız. Bu ab-hava sizi hansı illərə qaytardı?
- Təbii ki, əvvəlki illəri xatırlatdı (gülür). Bu stadionun əvvəlki vaxtlarında da oyunumuza 25 minə yaxın azarkeş gəlmişdi. Hətta bu, rekord olmuşdu. Burada həmişə azarkeş olub, xüsusilə də bizim oyunlarımıza böyük maraq göstərilib. O vaxtkı “qızıl oyun”un atmosferi də var idi. 2004-cü ildəki qarşılaşmada stadion tam dolmuşdu. Bu dəfə də sonadək gözəl atmosfer hökm sürdü. Həm meydança yaxşı idi, həm azarkeş çox idi, həm də futbol mədəniyyəti hiss olunurdu. Mənim üçün ən xoş məqamlardan biri oyunun gedişində nalayiq ifadələrin işlədilməməsi idi. Sırf futbola azarkeşlik gördük.
- Bruno Lanqanın ehtiyatda qalması nə ilə bağlı idi?
- Həm Lanqa, həm də Sefas millinin düşərgəsindən qayıtmışdılar və uzun yol qət etmişdilər. Buna görə ehtiyat edirdik. Sefası meydana buraxanda da tərəddüd etdim. Lanqa daha təcrübəlidir. Sefas isə komandaya yeni-yeni uyğunlaşırdı, sonra da milliyə yollandı və bir neçə gün bizimlə olmadı. İstəyirdik ki, bu gün kollektivlə birlikdə oynasın, özünü daha rahat və sərbəst hiss etsin. Millidən qayıdan futbolçuları meydana buraxmağa ehtiyat edirdim. Çünki onların çoxu hər iki oyunda iştirak etmişdi. Reda Xardanı isə ümumiyyətlə meydana buraxmadım.
- Komandanın beş oyunluq qələbəsizlik seriyası sizə ciddi problemlər yarada bilər?
- Əlbəttə, beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir. Xallar itiririk və bununla razılaşmamaq mümkün deyil. Ola bilər ki, qarşıdakı oyunlarda da xal itkilərimiz olsun.
- Bəhlul Mustafazadənin geri qayıdışı haqda nə düşünürsünüz?
- Bəhlul 8 aydır meydanda yox idi. Millinin son fasiləsinə qədər yaxşı formaya düşmüşdü. Əvəzedici komandamızda da oynadı. Düzünü desəm, bu gün onun 60 dəqiqə meydanda qalacağını düşünürdüm. Amma özü ilə danışdım, özünü yaxşı hiss edirdi. Oyunun sonlarına yaxın yoruldu. İnanıram ki, hər şey yaxşı olacaq. O, sona qədər dözdü. Bəhlulun yenidən çempionatın və bu cür oyunların atmosferini hiss etməsi mənim üçün müsbət məqamdır. Topu qapı xəttindən çıxarmasına gəlincə, o, bunu ən yaxşı bacaran futbolçularımızdandır. Rəqibin də belə bir epizodu oldu, amma Bəhlul bu işi daha yaxşı bacarır.
- Millimiz “cırtdan ölkələr”in yer aldığı Millətlər Liqasında ikinci olub. Bu nəticəni nə dərəcədə uğurlu hesab etmək olar?
- Birinci yer elə birinci yerdir və bunu dəyərləndirmək lazımdır. İnsan məhz belə uğurlarla böyüyür. Çempion olmaq, birinci yeri tutmaq hər məşqçiyə və futbolçuya nəsib olmur. Liderliyi, çempionluğu hiss edəndə gələcəyə baxmaq daha rahat olur. Buna dəyər vermək lazımdır. Millimizi təbrik edirəm, halal olsun.
- Qış transfer pəncərəsində yeni hücumçu gətirməyi planlaşdırırsınız?
- İlk növbədə, əlimizdəki futbolçuları daha yaxşı vəziyyətə gətirməliyik. Digər tərəfdən, axtarışlarımız ilboyu davam edir. Transfer etdiyimiz 1-2 futbolçunun dərhal uğurlu olması böyük üstünlükdür. Bəzilərinə isə uyğunlaşmaq üçün daha çox vaxt lazım gəlir. Hər halda, heyətimizi genişləndirmək istəyirik və danışıqlar gedir. Amma bu, uğursuzluğun və məsuliyyətin transferlərin üzərinə atılması demək deyil. Bu futbolçuları da inanaraq komandaya gətirmişik və onlara güvənirik. Hazırkı heyətlə daha keyfiyyətli oyunlar göstərməyə qadirik.
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu
Baş hakimə salam vermədi, "qırmızı" aldı - Video
Cənubi Amerika kubokunu yenə onlar qazandılar
“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video
Yunuszadə sona kimi ehtiyatda qaldı
Cəlalın komandası səfərdən qələbə ilə qayıdır
“Mançester Siti” öz meydanında xal itirdi - Video
İlham Zəkiyev Qran-pridə bürünc medal qazandı
Krivotsyukun komandası qalib gəldi
“Qalatasaray”ın qələbəsi - Video
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi