Ulduz futbolçu ilə komanda yoldaşları arasında gərginlik

Ulduz futbolçu ilə komanda yoldaşları arasında gərginlik
DÜNYA FUTBOLU 13 Noyabr 2026 / 13:20 155
-  A +

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Brüyne qış transfer pəncərəsində komandanı tərk edə bilər.

QOL.az xəbər verir ki, “Il Mattino” nəşrinin məlumatına görə, 35 yaşlı belçikalı futbolçunun klubun soyunub-geyinmə otağında bir neçə komanda yoldaşı ilə münasibətləri gərginləşib.

Onun hücumçu Rasmus Höylund və kapitan Covanni Di Lorentso ilə fikir ayrılıqları yaşadığı bildirilir.

Bu səbəbdən Neapol klubunun rəhbərliyi illik təxminən 6 milyon avro maaş alan futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam vermək variantını nəzərdən keçirir. De Brüyne ilə mövcud müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.

İtaliyalı insayder Nikolo Skiranın məlumatına görə, belçikalı futbolçunun transferinə əsas namizəd Niderlandın PSV klubudur. Eyndhoven təmsilçisi artıq rəsmi təklif hazırlayır və futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner