"Diqqətimiz "Borussiya" yox, “Qəbələ” ilə oyundadır" - İvan Lepinitsa

"Diqqətimiz "Borussiya" yox, “Qəbələ” ilə oyundadır" - İvan Lepinitsa
XƏBƏR 14 Oktyabr 2026 / 14:14 1484
-  A +

"Sabah"ın futbolçusu İvan Lepinitsa UEFA Çempionlar Liqasının II turunda "Slaviya"nı (Praqa) 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə danışıb.

QOL.az xəbər verir ki, 27 yaşlı xorvat futbolçu deyib:

- Çətin qarşılaşma oldu. Belə bir oyun olacağını bilirdik. Rəqib fiziki cəhətdən çox güclü komandadır, amma biz də buna yaxşı reaksiya verdik. Düşünürəm ki, oyuna yaxşı nəzarət etdik və tarix yazdıq. “Sabah”ın Çempionlar Liqasında ilk qələbəsini qazandıq.

- ÇL-in növbəti oyunlarında xal qazanmaq şanslarını necə qiymətləndirirsiniz? Komanda qarşıdakı matçlarda neçə xal toplaya bilər?

– Hazırda “Qəbələ” ilə oyuna köklənmişik. İlk növbədə həmin qarşılaşmaya hazırlaşırıq. Bu oyundan sonra yenidən Çempionlar Liqasına düşünəcəyik.

– “Qəbələ” ilə oyundan sonra Çempionlar Liqasında "Borussiya" (Dortmund) ilə qarşılaşacaqsınız. Həmin matç haqqında nə düşünürsünüz?

– Dortmundla oyun barədə hələ çox danışmamışıq. Dediyimiz ki, hazırda diqqətimiz “Qəbələ” ilə qarşılaşmadadır. İlk növbədə həmin oyuna, sonra "Borussiya" ilə matça hazırlaşacağıq.


Qarabağ FK
Son xəbərlər
13.10.26  22:39

Bravo, “Sabah”!

topaz banner