"Baş verənlər biabırçılıqdır” - Modriç

"Baş verənlər biabırçılıqdır” - Modriç
DÜNYA FUTBOLU 7 Oktyabr 2026 / 12:10 522
-  A +

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Portuqaliya yığmasında Kriştiano Ronaldo ətrafında yaşanan hadisələrə münasibət bildirib.

QOL.az xəbər verir ki, Modriç sosial şəbəkə hesabındakı paylaşımında Ronaldonun milli komandadakı gələcəyi ilə bağlı məsələnin düzgün şəkildə həll edilməli olduğunu yazıb:

O, portuqaliyalı ulduzun yığmada davam edib-etməyəcəyindən asılı olmayaraq, layiqli şəkildə yola salınmalı olduğunu vurğulayıb: “Baş verənlər biabırçılıqdır. Kriştiano yaranmış vəziyyətdə həqiqi bir qərara layiqdir – istər milli komandada karyerasını davam etdirməsi, istərsə də layiqli şəkildə yola salınması. O, möhtəşəm vida mərasiminə layiqdir. Kriştiano Portuqaliya millisinin tarixində ən böyük futbolçudur” - deyə Modriç bildirib.

Qeyd edək ki, Ronaldo baş məşqçi Jorje Jezuşla yaşanan münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk edib.


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner