“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi

“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
XƏBƏR 4 Sentyabr 2026 / 17:51 181
-  A +

“Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Slaviya” futbolçusu Denis Halinskini icarəyə göndərib.

QOL.az xəbər verir ki, bu haqda Praqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı mərkəz müdafiəçisi “Pardubitse”yə keçib. Onunla 6 aylıq müqavilə imzalanıb. Müqavilədə futbolçunun sonradan transfer edilməsi ilə bağlı satınalma bəndi yer almayıb.

Qeyd edək ki, “Sabah”- “Slaviya” oyunu oktyabrın 13-də Bakıda keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner