"Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq" - Valdas Dambrauskas

"Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq" - Valdas Dambrauskas
ÇEMPİONLAR LİQASI 19 Avqust 2026 / 00:15 858
-  A +

"Əlbəttə ki, Çempionlar Liqasının pley-off mərhələsi həmişə xüsusi həyəcan doğurur. Klubumuz üçün isə bu mərhələdə iştirak etmək tarixində ilk dəfədir".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə keçiriləcək ilk oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Litvalı mütəxəssis öz komandası ilə rəqibin bir-birinə bənzədiyini bildirib. O, "Sabah"ın indiyə qədər favorit sayılmadığını, ancaq indiki yerə layiq olduqlarını qeyd edib: "Biz bu oyunu böyük səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib rəqibimiz "Hapoel"i bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. İki həftədən sonra komandalardan biri tarix yazacaq və Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcək. Biz bu yola başlayanda heç favorit olmamışıq. Həmişə autsayder kimi görülmüşük. Eyni şeyi rəqib haqda da demək olar. Amma gördüyümüz iş, sahib olduğumuz keyfiyyət və futbolçularımızın meydanda göstərdiyi oyunla burada olmağa layiq olduğumuzu sübut etmişik.

İndi isə bizi çox maraqlı mübarizə gözləyir. Çünki bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq. Hər iki komanda futbol oynamaq, pressinq etmək və dominant olmaq istəyir. Hər iki tərəf ilk növbədə hücumu, sonra müdafiəni düşünür. Görək sabah bizi nə gözləyi. Biz Bakıdan bura gəlmişik. Bütün futbolçularımız sağlamdır və sabahkı oyuna hazırıq".

Qeyd edək ki, bu gün Rumıniyanın Buxarest şəhərində keçiriləcək "Hapoel" - "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.08.26  20:43

Doku sıradan çıxdı

topaz banner