"Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi

"Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
ÇEMPİONLAR LİQASI 7 Avqust 2026 / 10:55 596
-  A +

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlar çərçivəsində keçiriləcək "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib.

QOL.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Daha əvvəl qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasınıa tapşırılmışdı. Lakin dəyişiklikdən sonra bu görüş fransalı hakimlərə həvalə olunub. Referi Villi Delajoya yan xətt hakimləri kimi Ervan Finjean və Valentin Evrard kömək edəcək. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.

Qeyd edək ki, "Sabah" - "Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk matçda Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.08.26  16:06

"Roma"dan "Deportivo"ya

06.08.26  11:59

"Arsenal"dan "Everton"a

topaz banner