"Sabah" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Danimarkanın "Orhus" klubuna qarşı keçirdiyi cavab oyununda 4:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyun barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.
"Oyuna görə futbolçularımla fəxr edirəm. Bu qələbədə hər bir oyunçunun payı var. Danimarkadakı məğlubiyyətdən sonra çox şey öyrəndik və bu gün həmin təcrübənin faydasını gördük. Matçın taleyini detallar müəyyənləşdirdi. Səhvlərindən nəticə çıxaran və onları təkrarlamayan komanda meydanı qalib tərk etdi.
İlk hissədə rəqibin cəmi bir real qol imkanı oldu və qapıçımız həmin epizodda komandamızı xilas etdi. Ümumilikdə isə daha dominant və qələbəyə daha çox istəkli tərəf biz idik. Rəqibin müəyyən təzyiqi olsa da, oyunun ritminə nəzarəti əlimizdə saxlamağı bacardıq.
İlk qoldan sonra rəqibin müqavimətini qırdıq və ardınca digər qollar da gəldi. Bu gün bu qələbəni qeyd edəcəyik. Lakin qarşıda bizi çox sıx oyun qrafiki gözləyir. Ona görə də yaxşı bərpa olunmalı və növbəti matçlara hazırlaşmalıyıq".
- Rəqib olaraq kimin gəlməsini istəyərsiniz, "Srvena Zvezda", yoxsa "Hapoel Beer Şeva"?
- Bunu müzakirə etmək istəmirəm. Kimin rəqib olmasının yaxşı olacağını bilmirik. Hazırda çempionatı düşünürük. "Kəpəz" yenilənmiş komandadır.
- "Sabah" bu mövsüm ev oyunlarında qol buraxmayıb. Bunun xüsusi səbəbi var?
- Bunun xüsusi bir səbəbi yoxdur. İlk dəqiqələrdən etibarən dominant tərəf olmağa çalışırıq. Qol vurmaqdan doymuruq. Bu gün boşluqlardan yararlanıb daha çox qol vura bilərdik.
- Qapıçı və mərkəz hücumçusu transferi düşünürsünüz?
- Heyətimizdə dörd qapıçı var və gənc, yerli qolkiperlərimizə çox güvənirəm. Bundan əlavə, komandamızda 10 yeni futbolçu var ki, hələ əsas heyətdə meydana çıxmayıblar. Onların da özlərini göstərməsi üçün zaman lazımdır və inanıram ki, qarşıdakı oyunlarda bunu bacaracaqlar.Ümumilikdə, heyətdəki hər bir futbolçu üzərinə düşən tapşırıqları yerinə yetirməyə və komandaya maksimum fayda verməyə çalışır.
- Liqa mərhələsində hansı stadionda oynamağı düşünürsünüz?
- Bu, daha çox rəhbərliyə ünvanlanacaq sualdır. Qaydalara görə öz stadionumuzda davam edə bilməyəcəyik. Necə olacağını gözləyirik.
- Mikelsin hücumun sivri ucunda daha effektli olduğunu gördük. Onu bu mövqedə oynatmağa davam etməyi düşünürsünüz?
- Mikelsin hər iki cinahda oynaya bilməsi bizim üçün böyük üstünlükdür. Belə universal futbolçulara sahib olduğum üçün özümü xoşbəxt məşqçi hesab edirəm. Danimarkadakı oyunda Patrik Mbina meydana daxil olduqdan sonra təzyiqi artırmağı bacardıq. Bu gün isə tamamilə fərqli oyun gördük. Rəqibin bu qədər geri çəkiləcəyini gözləmirdik. Mikels sol cinahda oynasa da, ona müəyyən sərbəstlik vermişdik. Hücum zamanı istədiyi an mövqeyini dəyişə və oyunun gedişinə uyğun hərəkət edə bilirdi. Vurduğumuz qollarda isə rəqibin yol verdiyi səhvlərdən maksimum yararlanmağı bacardıq.
- Xander Severina sol ayağı ilə dəfələrlə zərbə vurmağa cəhd etdi. Bu, sizin tapşırığınız idi?
- Onun hər iki ayağı işləkdir. Sağ və sol ayaqları ilə oynamağı yaxşı bacarır. Zərbələri çox təhlükəlidir. Üç dəfə sol ayağı ilə saxta zərbə cəhdinə girdi. Dördüncü cəhdində isə topu çəkmədi, zərbə endirdi və qolla nəticələndi. Maluda da yeni gəldiyi zamanlarda belə idi. Onunla bu barədə danışmışdıq. "Top" futbolçular meydanda nə etməli olduqlarını yaxşı bilirlər.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi