"Evdəki qarşılaşmaya səfərdəkindən də yaxşı hazırlaşmışıq".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu İvan Lepinitsa "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.
Futbolçu ilk növbədə səfərdəki matçı dəyərləndirərək komandasının cavab qarşılaşmasına hazırlıq durumu barədə fikirlərini bölüşüb:
"İlk oyunda da həqiqətən çox yaxşı çıxış etdik və yaxşı futbol oynadıq. Rəqib cərimə meydançasının kənarında iki qol fürsəti yaratdı və onlardan birindən istifadə edərək fərqlənə bildilər. Düşünürəm ki, oyun ərzində əsas qol imkanları da bizdə oldu. Səfər oyununa çox yaxşı hazırlaşmışdıq. Hesab edirəm ki, evdəki qarşılaşmaya səfərdəkindən də daha yaxşı hazırlaşmışıq. Özümüzə və komandamıza çox inanırıq. İnanıram ki, sabah çox yaxşı oyun olacaq. Qarşılaşma 90 dəqiqə ərzində də, lazım gələrsə, əlavə vaxtda da davam edə bilər. Amma mən inanıram və ümid edirəm ki, sonda mərhələni keçən, qalib gələn tərəf biz olacağıq".
O, həmçinin meydanda keçirdiyi vaxt və komanda daxilindəki ab-hava barədə suala aydınlıq gətirib:
"Mənim üçün daha uzun müddət meydanda olmaq və oyuna daha erkən qoşulmaq daha yaxşı olardı. Amma heyətlə bağlı bütün qərarları baş məşqçimiz verir və mənim üçün bunun elə də fərqi yoxdur. Daha çox öz oyunuma və komandamızın ümumi çıxışına köklənirəm. Əgər futbolçular arasında yaxşı anlaşma və qarşılıqlı əlaqə varsa, bu da bizim üçün əlavə üstünlükdür və komandaya kömək edir".
Qeyd edək ki, “Sabah” - “Orhus” matçı avqustun 11-də, saat 20:00-da keçiriləcək. Komandalar arasında baş tutan ilk qarşılaşmada Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi