"Mançester Yunayted"də yeni baş məşqçi

"Mançester Yunayted"də yeni baş məşqçi
DÜNYA FUTBOLU 7 Avqust 2026 / 09:38 893
-  A +

"Mançester Yunayted" qadın komandasının yeni baş məşqçisini açıqlayıb.

QOL.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata görə, bu vəzifəyə Eva Olid təyin edilib.

40 yaşlı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. Müqavilənin müddətinin daha 1 il uzadılması imkanı da var.

Olid yeni mövsümün başlamasına bir ay qalmış vəzifəsindən ayrılan Mark Skinneri əvəzləyib. Klubun açıqlamasında onun təyinatının qadın komandası üçün "uzunmüddətli inkişaf və uğur strategiyasında yeni və həyəcanverici dövrün başlanğıcı" olduğu vurğulanıb.

Eva Olid son olaraq "Harts"ın qadın komandasını çalışdırıb. O, Şotlandiya təmsilçisini ikinci liqadan yüksək dəstəyə çıxarıb və bu ilin mayında komandanı Şotlandiya Qadınlar Premyer Liqasının çempionu edib.


Qarabağ FK
Son xəbərlər
06.08.26  16:06

"Roma"dan "Deportivo"ya

06.08.26  11:59

"Arsenal"dan "Everton"a

topaz banner