"Dinamo" hesabda öndə - Yenilənir

"Dinamo" hesabda öndə - Yenilənir
KONFRANS LİQASI 6 Avqust 2026 / 22:05 5802
-  A +

Bu gün "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxıb.

QOL.az xəbər verir ki, Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Matçı danimarkalı hakimlər briqadası idarə edir. 

"Dinamo" 2025/26 mövsümündə Ukrayna kubokunun qalibi olub. Həm onlar, həm də "Qarabağ" Avropa Liqasının 2-ci mərhələsində uduzaraq Konfrans Liqasına düşüblər.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

6 iyul

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar

21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 1:0 (İkinci hissə)

Qol: Ponomarenko, 10

Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka)

VAR: Yakob Karlsen (Danimarka)

AVAR: Yens Maye (Danimarka)

Daha çox


Son xəbərlər
topaz banner